Rəbbimiz bu ayədə, inkar edənlərin heç bir zaman möminlərə zərər verə bilməyəcəklərini; Allah qatında, onların qurduqları tələlərə qarşı mütləq özlərinə qurulmuş bir tələ olduğunu bildirir.
Kafir olanlar, möminlərə qarşı etdikləri mübarizələrində hər cür hiyləgər üsula əl atırlar. Bu üsulların ən çox istifadə edilənlərdən biri də möminlərin əleyhində ittifaq quraraq onlara müxtəlif tələlər qurmaqdır. Gizli qurduqları hiylələrinin müvəffəqiyyətli olacağını düşünən inkarçılar, planlarını edərkən iki adamın üçüncüsünün, üç adamın dördüncüsünün Allah olduğunu unudurlar. Allahın insanlara şah damarından daha yaxın olduğundan isə tamamilə qəflətdədirlər. Halbuki, Allah, gizləsələr də, açıq-aşkar etsələr də “sinələrində gizli olanı biləndir”. İnkarçıların möminlərin əleyhinə ağıllarından keçirdikləri hər fikri, qurduqları hər tələni, etdikləri hər planı, Allah ən incə təfərrüatına qədər bilir. İnkar edənlərin quracaqları tələlər talelərində təyin olunmuşdur. Yenə Allah taledə onların hiyləsini pozacaq hadisələri də təyin etmişdir. Bu səbəbdən, möminlərə qarşı qurulan hər tələ əslində əvvəldən pozulmuş olaraq meydana gəlir. Nə qədər ağıllı, nə qədər hiyləgərcəsinə, nə qədər böyük olursa olsun, möminlərin əleyhinə qurulan bütün tələlər, hər şeyin Yaradıcısı olan Allah tərəfindən əvvəlcədən pozulmuşdur. Allah Quranda “kafirlərin hiylələrinin boşa çıxaracağını” (Ənfal surəsi, 18) bildirir.
Möminlər Allahın köməyinin hər an onlarla birlikdə olduğunu bilərək daim təvəkküllü həyat sürərlər. Möminlər qarşılaşdıqları hər hadisədəki xeyir və hikmətləri görməyə çalışar, görə bilməsələr belə hər şeyin möminlər üçün mütləq xeyirlə nəticələnəcəyinə qəti inamla iman edərlər. İnkar edənlərin fərqində olmadıqları çox böyük bir həqiqət vardır ki, o da Allahın möminlərə olan vədi və dəstəyi:
“…Allah kafirlərə möminləri məğlub etməyə yol verməyəcəkdir.” (Nisa surəsi, 141)

