“Necə ki, İbrahim belə demişdi: Rəbbim bu şəhəri etibarlı et.” Mehdi (ə.s)-ın zamanında Allahın icazəsi ilə bütün şəhərlər etibarlı olacaq. “Məni və uşaqlarımı bütlərə qulluq etməkdən uzaq tut.” Yəni darvinizmə, materializmə, xurafata batmaqdan bizi qoru. Müsəlmanları belə bir bataqlığa düşməkdən qoruması üçün Allaha dua etmək lazımdır. “Rəbbim həqiqətən, insanlardan bir çoxunu çaşdırıb azdırdı.” Darvinistlər və xurafatçılar da indi, insanların bir çoxunu azdırdılar. “Bundan belə kim mənə uyarsa, artıq o məndəndir.” İbrahimidir, yəni müsəlmandır. “Kim mənə üsyan etsə əlbəttə, Sən bağışlayansan, əsirgəyənsən” Hz. İbrahim (ə.s), deyir kim üsyan etsə onu bağışla, yəni intiqam almaram mən, “əlbəttə Sən bağışlayan və əsirgəyənsən.” Onları bağışla və əsirgə deyir. Yəni, onları o bataqlıqdan qurtar deyir. Müsəlman intiqam hissi ilə yaşamaz, bu münafiq xarakteridir. Qan davası güdməz, mütəşabeh ayədə vardır bu.
“Rəbbimiz şübhəsiz, Sən bizim gizli tutduqlarımızı da, aşkar etdiklərimizi də bilirsən.” Ürəyimizdən keçənləri də bilirsən. “Yerdə və göydə heç bir şey Allahdan gizli qalmaz.” Hamısı Allahın qatında bir məlumatdır. “Həmd Allaha aiddir ki, O mənə qocalığıma baxmayaraq İsmayıl və İshaqı hədiyyə etdi. Şübhəsiz, Rəbbim həqiqətən duanı eşidəndir.” Allah hər duanı eşidər. “Rəbbim məni namazımda davamlı et.” Mənə namazları axsatmadan qılmağı nəsib et deyir, inşaAllah. “Soyumdan olanları da. Rəbbimiz duamı qəbul buyur,” deyir. İbadət üçün Allaha yalvarır. Ya Rəbbi, müntəzəm ibadətlərimizi edək, müntəzəm namazlarımızı qılaq deyə dua edir.
“Rəbbimiz hesabın ediləcəyi gün məni və anamı atamı və möminləri bağışla”. Bütün hər kəsə dua edir. Anasına atasına. Biz də dua edərkən, hər kəsi içinə daxil edərək dua etməliyik. Amma bəzi analar vardır, hz. Nuh (ə.s)-ın xanımı vardır, kafir idi. Hz. Lut (ə.s)-ın xanımı vardı, kafir idi. Hz. İbrahim (ə.s)-ın atası vardı, Azər, kafir idi. Bunlar ayrıdır, inşaAllah.

