Dəccaliyyət mütləq çökür, amma istəmək lazımdır. İstəyərlərsə çökər. İstəməzsə, bəhanələr uydursalar, təxirə salmağa cəhd etsələr, ruh kimidir desələr, saxtakar kimi yaxınlaşsalar olmaz. Allah “Dəccaliyyətdən sonra Allahdan qorxduğunuz üçün sizi hakim edəcəyəm” -deyir. Allah hz. Mehdi (ə.s) və hz. İsa (ə.s) tərəfdarlarına aid üstünlükdür deyir. Əsrlərdir olmadı, amma Allah hz. Mehdi (ə.s) çıxınca, hz. İsa (ə.s) enincə etdirir. Dayandıra bilməzlər.
Dövrümüzün ən mühüm ideoloji mübarizəsi dəccaliyyətə qarşı aparılmalıdır. Dəccalın ən böyük oyunu və hiyləsi Dəccalın olmadığını təlqin etməkdir. Bilərək və ya bilməyərək dəccaliyyətin təsiri altında olan mətbuat orqanları, ziyalı görünüşlü, lakin həyatını tamahına təslim etmiş dəccaliyyət tərəfdarları da bunda müəyyən rol oynayırlar. Nə vaxt dəccaliyyət gündəmə gətirilsə, tərəfdarları “Dəccaliyyət deyə bir şey yoxdur”, ” Dəccaliyyət hələ hakim deyil” kimi təbliğatına başlayırlar. Dəccal bu şəkildə diqqəti yayındırır, özünü ifşa edəcək məlumatları gizlədir, törədilən pisliklərin guya təsadüfən meydana gəlməsi yalanına insanların çoxunu inandırır. Beləliklə, yüzlərlə ildir davam etdirilən,
- din əleyhinə fəaliyyətlər,
- böyük dəstək qazanan azğın fəlsəfələr,
- kiçik bir təbəqədən başqa bütün bəşəriyyəti əzən siyasətlər,
- müəyyən bir təbəqənin dünyanın bütün zənginliyini ələ keçirdiyi halda, digər insanların yoxluq içində yaşaması,
- dünya miqyasında davam etdirilən çirkli pulların yuyulması işi,
- beynəlxalq güclər tərəfindən dəstəklənən terror,
- ictimai quruluşu alt-üst edən psixoloji hərbi fəaliyyətlər,
- sevgisizlik,
- elmi olmayan darvinist ideologiyanın israrla dəstəklənməsi,
- materialist yalanlar,
- ictimaiyyət tərəfindən haqsız görülsə də, davam etdirilən işğallar və müharibələr də asanlıqla mütəşəkkil şəkildə davam etdirilir.
“Dəccaliyət yoxdur” demək “pislikləri təşkil edən qurumlarla ideoloji mübarizə aparmaq mənasızdır” deməkdən başqa bir şey deyil. Bu da ideoloji mübarizəni hələ başlamadan nəticələndirəcək və insanların gücü və enerjisi dəccaliyyətin nəzarətinə keçmiş olacaq.

