Əhzab surəsi, 1-ci ayə. “Ey Peyğəmbər, Allahdan qorx”. Halala, harama diqqət yetir, Quranın hökmlərinə qarşı dəqiq ol. “Kafirlərə və münafiqlərə itaət etmə.” Darvinist, materialist, ateist, faşist, kommunist, xurafatçı; heç birinin fikirlərinə itaət etmə, düşüncələrinə itaət etmə. Onları təqlid etmə. Quranın ruhuyla hərəkət et.
“Sənə Rəbbindən vəhy edilənə uy.” Yəni Qurana uy. “Şübhəsiz Allah, etdiklərinizdən xəbərdardır.” “Allaha təvəkkül et; vəkil olaraq Allah yetər.” Yəni narahat olmağa ehtiyac yoxdur. Rahat ol. Özünü narahat edəcək bir ruh halı içərisində olma. Allah hər şeyi ən gözəl şəkildə yerinə yetirəcək. “Elçi, möminlər üçün öz nəfslərindən daha öndədir.” Bu Hz. Mehdi (ə.s) üçün də eynidir. Mehdiyyətin dünyaya hakim olması və Qızıl Əsrin yaranması üçün kömək etməliyik. Fədakarlıq edərkən Hz. Mehdi (ə.s)-ı daha öndə tutarıq. Onun müvəffəqiyyətli olması üçün, faydalı olması üçün, təsirli olması üçün öz mənfəətimiz varsa, ondan imtina edərik, onun imkanlarını genişləndirərik, inşaAllah.
“Onun zövcələri də onların analarıdır.” Peyğəmbərimizin (s) bütün evləndiyi xanımlar, hamısı bizim anamızdır. Əsas və öz anamızdır. Yəni “anamız” deyə xitab edəcəyik, xitab edərkən. “Rəhm sahibləri (qohumlar) da, Allahın Kitabında bir-birlərinə o biri möminlərdən və mühacirlərdən daha yaxındır.” O dövrdə elə bir yoldaşlıq, dostluq olmuşdur, yəni mühacirlər öz qardaşından daha önə keçmişlər. Amma ikisi də təqvalıdır. Məsələn, malını, mülkünü mühacir qardaşına verir. İmkanı varsa, ona verir. Halbuki, Quranda varis olanlar, məsələn, varislik varsa, qohumlara keçər. Uşaqlara keçər. Amma elə bir şey olmuşdur ki, artıq digər qardaşlarına, hər kəsə dağılır. Allah onun üçün orada bu üstünlük sırasını xatırladır. “Əvvəl qohumlara” deyir. Yəni vərəsəlik uşağına, yaxınlarınadır. Çünki onsuz da onlar da Allah rizası üçün istifadə edirlər, inşaAllah.

