Quran hər dövrə xitab edən kitabdır. Ona görə ayələri dövrümüzə uyğun düşünmək gərək.
“Hər bir qeybət edən və tənə vuranın vay halına!”. Bu Axırzamanda qeybət və lağlağanın yayılacağına işarədir. Quran buna işarə edir. “O, mal-mülk yığar və onu dönə-dönə sayar”. Allah kapitalizmin hakim olacağı dövrə diqqət çəkir. “O, mal-mülkünün onu əbədi saxlayacağını zənn edər”. Zəngin olan bəzi kapitalistlərin necə heç ölməyəcəkmiş kimi bir üslubla danışdığını hamımız görürük.
“Xeyr! O mütləq Hütəməyə atılacaqdır. Sən haradan biləsən ki, Hütəmə nədir?! O, Allahın alovlandırılmış odudur. O od (yandıra-yandıra) ürəklərə çatar. Tikilib yüksəldilmiş sütunlarda”. İndi bunun Quranda açıq bir mənası var, amma işarəvi məna olaraq baxdıqda, məsələn, raketlərə baxsaq tikilib yüksəldilmiş bir sütun şəklində olur. Raketlər dik olur. O onların üzərinə kilidlənəcək. Raketlərin bir kilidləmə sistemləri var, elektronik kilidləmə sistemi. Komputerdə hədəf təyin olunur, hədəfə kilidlənir, raket düyməni basan kimi o kilidlənən hədəfə doğru gedir. Baxın, o onların üzərinə kilidlənəcək deyir. “Ki o ürəklərin üstünə dırmaşıb çıxar”. İnsanların üstündə dırmaşıb çıxan yuxarıya doğru yüksələn bir quruluşdan bəhs edilir. Və alovlandırılmış atəş də var. Yəni bu, raketin bir xüsusiyyətidir. Ayə bu mövzulara da işarə edir.

