Nuh bunu vəhy ilə edir. Yəni, necə edəcək, taxtanı hara qoyacaq, neçə hissədən meydana gələcək, hamısını Allah vəhylə etdim deyir. Vəhy edilərək, yəni özünün mühəndislik məlumatına söykənərək deyil. Nuh (ə.s.) vəhylə hərəkət etmişdir. Allah: “Zülm edənlər barəsində mənə müraciət etmə (onların bağışlanmalarını Məndən xahiş etmə)” (Hud surəsi, 37) -deyir. “Çünki onlar suda boğulacaqlar!” Yəni Allah: “Mənim bağışlamağımı gözləmə, Mən gərəyini edəcəyəm, Mən intiqam alacağam, yəni Mənə o mövzuda müraciət etmə, dua etmə” –deyir. “Nuh dedi: “Gəmiyə minin! Onun üzüb getməsi də, dayanması da Allahın adı ilədir”. Yəni, “Allahın əmri ilə olacaq” -deyir. “Şübhəsiz ki, Rəbbim Bağışlayandır, Rəhmlidir”. (Hud surəsi, 41)
“Gəmi onları dağlar kimi dalğalar içərisində apardığı zaman”. Yəni çox nəhəng dalğalar. Gəminin bu nəhəng dalğalara qarşı tab gətirməsi də möcüzədir. “Nuh kənarda duran oğlunu səsləyib dedi: “Oğlum! Bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma!” Oğlu nə dedi? “Məni sudan qoruyacaq bir dağa sığınacağam!” -deyir. Dağı da su örtdü. Suyun səviyyəsinin aşağı olduğunu deyənlər var. Amma suyun səviyyəsi aşağı deyildi. Yəni böyük bir sel meydana gəldi. Dağı örtəcək qədər böyük oldu. “Sonra deyildi: “Ey yer, suyunu ud! Ey göy, yağışını saxla!” Su çəkildi, iş bitdi və gəmi Cudi (hündür) dağı üzərində qərar tutdu”. Dağın üstündə durdu. “Sonra deyildi: “Məhv olsun zalım adamlar!”.
Allah: “Gözlərimiz önündə üzüb gedirdi” -deyir. “Biz göyün qapılarını leysan yağışı ilə açdıq”. Yəni günlərlə yağış yağır. Bu səbəbdən yığılan hər yerdə sular sel meydana gətirdilər. Bir ehtimalda var ki, o zamanlar böyük bir su hövzəsi və yaxud böyük dənizlərdən biri bəndini aşaraq suyu ətrafa yayıldı. O tərəfə doğru dəniz də boşalmış kimi görünür. Doğrusunu Allah bilir. Aparılan elmi araşdırmalarla da tufanın baş verdiyi dəqiqləşdi. Nuh tufanın həqiqət olduğu, yer təbəqələrinin araşdırılması ilə, layların araşdırılması ilə təsbit edildi. Qəti şəkildə bir tufan baş vermişdir.

