Hud surəsi, 117-ci ayə; “Xalqı əməlisaleh olduğu halda, Rəbbin o məmləkətləri haqsız yerə məhv etməz.” Yəni, bir ölkədə, bir yerdə haqqı təbliğ edənlər varsa; nəhy-i anil münkər, əmr-i bil maruf varsa, mehdiyyət varsa, o ölkə artıq həlak olmur. Bədiüzzaman deyir ki; “Risalə-i Nurun intişarı, Türkiyənin ll Dünya müharibəsinə girməsinə maneə törətdi” deyir və Qurandan əbcədlə də buna işarə edən izahları var. Həqiqətən, Risalə-i Nur külliyyatı, o dövrdə bütün Anadolunu əhatə etmişdi. Qəribə bir şəkildə dünya liderləri, dünyanı idarə edən qaranlıq güclər toplandılar, heç cür Türkiyəni müharibəyə daxil etmə qərarını ala bilmədilər. Allah aldırmadı. İblislə, şeytanla çox boğuşdular, şeytana çox təkid etdilər, amma şeytandan o icazəni heç cür ala bilmədilər. Şeytan ll Dünya müharibəsinə Türkiyəni daxil edə bilmədi. Risalə-i Nurun bərəkətiylədir, inşaAllah. Allahın icazəsi ilə.
Ayə izahı: Hud surəsi, 117

