“Xalqı islah edən kəslər ikən”, yəni hz. Mehdi (ə.s) varkən, hz. Mehdi (ə.s) fəaliyyət göstərərkən, Rəbbin o ölkələri zülm ilə həlak edəcək deyil. Eyni zamanda ayənin bir mənası da budur. Hz. Mehdi (ə.s) Türkiyədə zühur edəcəyinə görə Allah Türkiyəni inkişaf etdirir, bərəkət verir, gücləndirir. Dünya ölkələri arasında söz sahibi edir. Dəccal ona görə Osmanlını dağıtdı və ələ keçirməyə, işğal etməyə çalışdı amma 100 ilə yaxındır ki, bunu edə bilmir. Türkiyə nə bölünər, nə parçalanar, nə yıxılar heç bir şey olmaz, inşaAllah.
Mehdiyyət dövrü və İslam Birliyinin qurulması ilə bağlı bir çox qeybi məlumatları Səid Nursi əsərlərində qeyd edir. Bədiüzzaman deyir; “gözümlə görmədiyimi izah etmədim” deyir. Doğru deyir, Bədiüzzaman bütün ömrü dürüst keçmiş biridir. Hər dediyi doğrudur. Onun qiymətini bilməyən bəzi adamlar vardır. Bədiüzzaman, həqiqətən metafizik biri olub. Çox heyrətləniləcək bir insandır. Allah ona xüsusi olaraq, qeybdən məlumat vermişdir, inşaAllah. Dedikləri doğru çıxanda anlayırıq ki, doğru demişdir. Reallaşmadan doğru dediyinə inanmaqla mükəlləf deyilik. Amma reallaşdırqdan sonra, doğru dediyini anlamış oluruq. Peyğəmbərlər gələcəklə bağlı qeybi məlumat dediklərində, hadisə daha reallaşmadan inanmaq məcburiyyətindəyik, bu fərzdir. Amma vəlilər dediyində, reallaşdıqdan sonra qənaətimiz gəlir, inşaAllah.

