Ayə izahı: Hud surəsi, 109

Hud surəsi, 109-cu ayə; “artıq onların tapınmaqda olduqları şeylər mövzusunda, əsla şübhədə (2)

Hud surəsi, 109-cu ayə; “artıq onların tapınmaqda olduqları şeylər mövzusunda, əsla şübhədə olma.” Xurafatçı insanların çoxu şübhəyə düşür; “görəsən doğrumu deyirlər, həqiqətən qurandakı hökm doğrudur?” kimi şübhəyə düşərlər. Allah deyir ki, “əsla şübhədə olma.” Əvvəldən xəbərdar edir Allah, diqqətini açır insanların. “Daha əvvəllər, ataları necə tapınırdılarsa, bunlar da ancaq belə tapınırlar.” Məzhəblər sonradan yaranmış xurafat, bidat və müşrik dinlərdir. 1200 ildir islam aləmi Qurandakı islamdan uzaqlaşmış, bidər batil dinlərdən keçmə uydurma xurafat dinlərə əməl edirlər. Atalarından qalma bu dinə qarşı çıxmağa çəkinirlər. Hz. Məhəmməd (s) zamanında da belə olmuşdu, o dövrün xurafatçıları “atalarından qalma din”lərindən əl çəkmirdilər. Tarix daima təkrar edər, indi də Quranda Allahın açıq hökmlərini göstərdiyimiz zaman hələ də “Atalarından qalma din”lərindən əl çəkmirlər.

“Şübhəsiz Biz, paylarını azaltmadan onlara ödəyəcəyik.” Qurandakı islama tabe olmayan insan “müsəlman” sayılmır əslində. Allah deyir; “mən onları təsbit edirəm, tam mənasıyla qarşılığını verəcəyəm”. “And olsun, Musaya kitabı verdik, onda anlaşılmazlığa düşüldü.” Bu ayədəki ifadəyə görə, Tövrat haqqında anlaşılmazlığa düşmüşlər. Allahın açıq hökmüdür, buna qəti inanırıq. “Əgər Rəbbindən bir söz keçmiş (verilmiş) olmasaydı, mütləq aralarında hökm verilmiş olacaqdı.” “Bir bəla verəcəkdim” deyir Allah.

“Həqiqətən onlar, bundan (Qurandan) yana şübhə verici bir tərəddüd içindədirlər.” Yəni “ola bilər də, olmaya bilər də” deyə şübhə edirlər deyir Allah. Halbuki, səmimi gözlə baxıldıqda Quranın həqiqi olduğu dərhal aydın olur. Hansı səmimi vicdan Quran həqiqətini rədd edə bilər? Vicdanını narahat edəcək hər hansı bir hökm yoxdur Quranın içərisində. Əksinə, elmlə uyğundur, bütün müasir elmlərin şərhlərini çox əvvəldən bildirir.

“Səninlə yanaşı tövbə edənlərlə birlikdə əmr olunduğun kimi doğru davran.” Yəni həm tövbə etməyimizi istəyir Allah burada, həm də “doğru davran”. “Doğru davran”maq sadəcə Qurana uymaqla, Qurandakı islamı yaşamaqla olar, inşaAllah. “Və azdırmayın.” Azmayın. Yəni Qurandakı islamı yaşamayan insan azmış sayılır, dəlalət əhlidir.