Ayə izahı: Hud surəsi, 109

Quran hər zaman keçərli olan bir Kitabdır

“Artıq onların tapınmaqda olduqları şeylər mövzusunda, əsla şübhədə olma. Daha əvvəllər, ataları necə tapınırdılarsa, onlar da ancaq elə tapınırlar. Şübhəsiz Biz, paylarını azaltmadan onlara ödəyəcək olanlarıq”. (Hud surəsi, 109)

Quran hər zaman keçərli olan bir Kitabdır. Qiyamətə qədər keçərlidir.

Dünyada hələdə qəbul edilən darvinizm, materializm var. Bu inancın mənşəyinə baxırıq. Bunlar nəyə inanırlar? Atomun ağıl sahibi olduğuna inanırlar, yəni hər atomun Allah kimi ağıllı olduğuna inanırlar (Allahı tənzih edərəm). Yəni belə bir batil dindir. Və o ağılla atomların bir araya gəldiyinə, şüursuz atomların, görməyən atomların bir araya gəlib gözü meydana gətirdiyinə, eşitməyən atomların bir araya gəlib eşitməni meydana gətirdiyinə, dadmağı bilməyən atomların dadmağı meydana gətirdiyinə, ağlı olmayan atomların da bir araya gəlib ağlı yaratdığına inanan batil dindir; darvinizm, materializm. Nə zamandan bəri? Şumerlərdən bəri və daha da qədimdən. Qədim Misirdə şumerlərdən qalan bütpərəstlik dinidir. “Daha əvvəllər, ataları necə tapınırdılarsa”, necə darvinist və materialist düşüncələr içindədirsələr.

Məsələn, Firon nə deyirdi? “Nilin palçığından canlılar təsadüflər nəticəsində yarandı. İnsanlar və bitkilər, heyvanlar hamısı Nilin palçığından yarandı” deyirdi. Şumerlər nə deyirdi? Bütün canlılar, heyvanlar, bitkilər təsadüflər nəticəsində və təkamüllə meydana gəldi deyirdilər. İndikilər nə deyirlər? Eynisini deyirlər. Allah nə deyir? “Daha əvvəllər ataları necə tapınırdılarsa, onlar da ancaq belə tapınırlar” Allah eynisini edirlər deyir. Təbii ki, təsadüf deyilən də bir şey yoxdur.