Hud surəsi, 109-cu ayə; “artıq onların tapınmaqda olduqları şeylər mövzusunda, əsla şübhədə olma.” Məsələn, darvinist, materialist düşüncədə insanların çoxu şübhəyə qapılar; “görəsən doğru mu deyirlər, həqiqətən belə bir elmi dəlil varmı?”. Allah deyir ki; “əsla şübhədə olma.” Əvvəldən xəbərdar edir Allah, diqqətini açır insanların.
“Daha əvvəllər, ataları necə tapınırdılarsa, bunlar da ancaq belə tapınırlar.” Heç bir düşüncə yeni olmur. Məsələn, darvinizm üç min illik, dörd min illik keçmişi olan bir düşüncədir. Yəni hər inancın, hər büt düşüncənin mütləq keçmişi vardır. “Daha əvvəllər, ataları necə tapınırdılarsa, onlar da ancaq belə tapınırlar.” “Heç bir fərq yoxdur” Allah deyir. Necə Firon zamanında darvinist düşüncə vardısa, Nəmrud zamanında vardısa, şumerlər dövründə və Qədim Yunanıstanda darvinist düşüncə vardısa, “eynisi var” deyir Allah.
“Əgər Rəbbindən bir söz keçmiş (verilmiş) olmasaydı, mütləq aralarında hökm verilmiş olacaqdı.” “Bir bəla verəcəkdim” deyir Allah. “Həqiqətən, onlar bundan (Qurandan) yana tərəddüd içindədirlər.” Yəni “ola da bilər, olmaya da bilər” deyə şübhə edirlər deyir Allah. Halbuki, səmimi baxdıqda Quranın həqiqət olduğu dərhal aydın olur. Quranda vicdanı narahat edəcək heç bir hökm yoxdur. Əksinə, elmə də uyğundur, Quran bütün müasir elmlərin izahlarını çox əvvəldən bildirir.
“Səninlə birlikdə tövbə edənlərlə əmr olunduğun kimi doğru davran.” Yəni Allah həm tövbə etməyimizi istəyir, həm də “doğru davranmağı”. “Zülm edənlərə meyil etməyin”. Çünki vicdansızlıq etmiş olar, zülm etdiyi aydındır, “onlara meyil göstərməyin” deyir. “Yoxsa sizə atəş toxunar.” Yəni; “dünyada da əzab (kəffarə) verərəm” deyir Allah. Məsələn, birdən-birə başına bəla gələr, bədbəxt hadisə baş verə bilər.
“Sizin Allahdan başqa vəliləriniz yoxdur, sonra kömək görə bilməzsiniz.” Allaha tam təslim olsanız, Allah; “rahatlıq verərəm” deyir “və kömək edərəm. Əksi olsa, həm əzab çəkər, həm də kömək görə bilməzsiniz” deyir Allah.

