Ayə izahı: Hud surəsi, 109

Hud surəsi, 109-cu ayə

Hud surəsi, 109-cu ayə. “Artıq onların tapınmaqda olduqları şeylər mövzusunda əsla şübhədə olma. Daha əvvəllər ataları necə tapınırdılarsa, onlar da ancaq belə tapınırlar. Şübhəsiz, Biz paylarını azaltmadan onlara ödəyəcəyik.”

Şumerlər də palçıqdan gəldiklərinə inanırdılar, darvinistlər də. Darvinistlər eynilə ataları kimi tapınırlar. Ataları şumerlər də “İnsanlar palçıqdan yarandı” deyirdilər. “Təsadüfən oldu.” Qədim Misir də, “Nilin palçıqlarından təsadüfən yarandı” deyirdi. İndiki Darvinistlər də, “Palçıqdan təsadüflər nəticəsində yarandı” deyir. Ayə də isə, “Daha əvvəl ataları necə tapınırdılarsa, onlarda ancaq elə tapınırlar” deyir Allah. Eyni ağıldadırlar yəni.

Təkamülçülərin mövcud olduğunu iddia etdikləri növlərarası ara-keçid formalarına isə bu günə qədər heç vaxt rast gəlinməyib. Üstəlik, nəzəriyyəni yaşatmaq üçün keçid forma kimi göstərilən canlıların hamısının tarixin müəyyən dövrlərində yaşamış nəsli kəsilmiş, kompleks quruluş və sistemlərə malik mükəmməl canlılar olduğu sübut olunmuşdur. Darvinin şəxsən özü nəzəriyyəsini kökündən əsassız edən bu müəmmanı kitabında bu sözlərlə etiraf etmişdi:

“Əgər həqiqətən növlər digər növlərdən yavaş-yavaş inkişaf edərək meydana çıxmışdırsa, nə üçün saysız-hesabsız keçid formalarına rast gəlmirik?.. Saysız-hesabsız keçid formaları olmalıdır, lakin nə üçün yer üzünün sayılmayacaq qədər çox təbəqəsində onları tapa bilmirik… Nə üçün hər geoloji forma və hər təbəqə belə keçidlərlə dolu deyil?.. Bəlkə də bu, mənim nəzəriyyəmə qarşı irəli sürüləcək ən böyük etiraz olacaq”. (Charles Darwin, The Origin of Species, səh. 172, 280)

Digər tərəfdən, təkamülün guya iki mexanizmindən biri olduğu iddia edilən mutasiyaların canlı növlərini dəyişikliyə məruz qoyub inkişaf etdirmədiyi, hətta onlara zərər verdiyi müşahidə olunmuşdur. İrsiyyət qanunlarının müəyyən edilməsi nəticəsində isə təkamülün ikinci mexanizmi kimi irəli sürülən təbii seleksiyanın yeni növlər yaratdığının elmi cəhətdən mümkün olmadığı ortaya çıxdı.