Ayə izahı: Hucurat surəsi, 12

Ayədə möminin çəkinməli üç əhəmiyyətli əməldən söz edilir; zənnə qapılmamaq, qeybət yəni

Ayədə möminin çəkinməli üç əhəmiyyətli əməldən söz edilir; zənnə qapılmamaq, qeybət yəni dedi-qodu etməmək və gizli tərəfləri araşdırmamaq. Bunlar eyni zamanda bir-birləriylə əlaqəli davranışlardır. Çünki qeybət edən, yəni bir mömini arxasından çəkişdirən adam, onsuz da onun haqqında bəzi pis zənnə düşür deməkdir. Ayədə qadağan edilən bu mövzuların hər biri, Quran əxlaqının yaşanmadığı cəmiyyətlərdə görülən pis əxlaq xüsusiyyətləridir və ortaq xüsusiyyətləri; möminləri incidən, möminlər arasındakı həmrəyliyi zədələyən, sevgi, şəfqət və mərhəməti azaldan davranışlar olmasıdır. Uca Allah Quranda möminləri bu davranışlardan qəti olaraq məhrum etmişdir.

Din əxlaqının yaşanmadığı cəmiyyətdə çox təbii qarşılanan bu vərdişlərin əslində nə qədər narahatlıq verən hərəkətlər olduğu ayədəki qeybətlə əlaqədar bənzətmədən də başa düşmək olar. Sonsuz hikmət sahibi olan Allah, qeybəti qardaşının ətini yeməyə bənzətmiş və bunun nə qədər iyrənc olduğunu bildirmişdir.

Ayədə keçən qüsurlar içində diqqət yetiriləcək bir başqa əməl də zənn etməkdir. Zənn, ürəkdə yaranan və açıqlanmadıqca möminin təkcə özünün anlayıb tədbir ala biləcəyi hadisədir. Bu səbəblə, möminlərin son dərəcə diqqətli olmalı bir vəziyyətdir. Əgər mömin lazım olan tələbkarlığı göstərməyib, qəflətə düşsə, öz-özünə düşünərkən ayədə günah sayılan bir çox pis fikirdə ola bilər. Bu səbəbdən, möminin yalnız əməlində deyil, niyyətində, duyğu və düşüncələrində də həmişə saleh olmağa diqqət göstərməsi lazımdır. Möminin digər iman edən qardaşları haqqındakı düşüncələri həmişə gözəl zənn ilə olmalıdır. Bu da möminlərin bir-birləri haqqında hər zaman müsbət düşünmələri mənasını verər. Beləcə, iman edənlərin birliyinə maneə törədə bilər.