Ayə izahı: Hicr surəsi, 35-39

Ayədə şeytanın münafiq və alçaq xarakteri görünür, özünü daha üstün görür

Ayədə şeytanın münafiq və alçaq xarakteri görünür, özünü daha üstün görür.

Allah, məlum (din) gününə qədər deyə bildirir, şeytan onların diriləcəyi günə qədər, deyir. İki ayrı ifadə var.

Din günü deyildikdə nəzərdə tutulan şey hz. Mehdi (ə.s)-ın zühuru ola bilər, Allahualem. Zuhurdan sonra Qızıl Dövr başlayacağı Axırzaman hədislərində vardır. Və bu tarixdən sonra şeytanın insanlar üzərində heç bir vəsvəsə etmə gücü qalmayacaqdır, Allahu aləm. Ona görə də insanların hamısı vicdanları ilə hərəkət edərlər və dünyada görülməmiş sosial rifah və bolluq baş verəcəkdir, bütün silahlar əridiləcək, ləğv ediləcəkdir. Hər sahədə tərəqqi baş verəcəkdir, ömürlər uzanacaqdır, insanlar hüzurlu olacaqdır, hətta heyvanlar belə bu haldan razı olar deyir hədisdə. Eynilə cin aləmində də bu cür hal baş verəcəkdir. Şeytan onlara da heç bir vəsvəsə verə bilməyəcəkdir. Hədisdə məcazi olaraq deyir ki, Zuhurdan sonra Allah İblisi (Şeytanı) dibsiz quyuya həbs edər. Qızıl Əsr bitənə qədər bu davam edər, Hədislərə görə 60-70 il sürəcəkdir, Allahu aləm 63 il ola bilər, Hz. Məhəmmədin (s) yaşadığı ömür qədər.

Peyğəmbərimizin bu dövrü təsvir edərkən cənnət bənzəri xüsusiyyətlərlə izah etməsi səbəbiylə bu dövrə “Qızıl dövr” adı verilməsinə səbəb olmuşdur.

Hər növ məhsul və mal bolluğu, təhlükəsizlik, arxayınlıq və ədalətin təmini, hüzur və səadət, hər cür texnoloji inkişafın insanlar üçün əlverişliliyi, rahatlığı, sevinci və dincliyi üçün istifadə edilməsi, ehtiyac içində olanların qalmaması, istəyənə istədiyindən sayılmadan, qat-qat çox verilməsi, bu dövrün müəyyən xüsusiyyətlərindəndir. Hədislərdə, o dövrdə, “silahların susacağı”nın bildirilməsi, bu dövrdə yer üzünün əmin-amanlıqla dolacağının müjdəsidir. Qızıl dövrdə, əvvəldən aralarında münaqişə olan xalqlar arasında çox böyük bir qardaşlıq yaşanacaq, hər cür müharibənin yerini sülh, dostluq və sevgi alacaq.

“… Kiçiklər “kaş ki, mən böyük olaydım“, böyüklər də “kaş ki, mən kiçik olaydım” deyə arzu edərlər… Yaxşı insanların yaxşılığı artar, pislərə qarşı belə yaxşılıq edilər.” (Kitab-ul Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 17)