Ayə izahı: Hicr surəsi, 6

Tarix boyunca peyğəmbərlərə və möminlərə atılan böhtanlar həmişə bir-birinə bənzər olmuşdur

Tarix boyunca peyğəmbərlərə və möminlərə atılan böhtanlar həmişə bir-birinə bənzər olmuşdur. İnkarçı cəmiyyətlər, haqq dini və gözəl əxlaqı yaşamağa çağıran elçiləri cadugərlik, şairlik və dəlilik böhtanları ilə ittiham etməyə cəhd etmişlər.

İnkarçılar, bu böhtanları ilə iman edənlərin izah etdiklərinin təsirini azaltmaq istəyərlər. Halbuki möminlərin təbliğini əsl təsirli edən onların ixlası, səmimiyyəti, vicdanlı və dürüst rəftarları, doğru sözlü olmaları və insanları qəti həqiqətə çağırmış olmalıdır. Onların çağrışlarını insanlar üzərində təsirli edəcək olan, qəlbə təsir edə bilən isə yalnız Allahdır.

(Xatırla ki,) bir zamanlar səni bağlayıb həbs etmək və ya öldürmək, yaxud da səni (yurdundan) qovmaq üçün kafirlər sənə qarşı tələ qururdular. Onlar (sənə) tələ qurarkən Allah da (onlara) tələ qururdu. Allah tələ quranların ən güclüsüdür. (Ənfal surəsi, 30)

Ayədən aydın olduğu kimi, inkarçıların hədəfi, möminləri həbs edə bilmək, öldürmək ya da sürgün etməkdədir. Ancaq birbaşa müdaxilə etmək yerinə, iman edənlərin gözəl əxlaqı təbliğ etmələrini “tələ” quraraq dayandırmaq istəmişlər. Rəbbimiz Quranda qurulan bu tələlərlə əlaqədar bir çox xəbər vermişdir. Bunlardan biri, azğın qövmlərinin içində təmiz və iffətli yaşamaq istədikləri üçün yurdlarından çıxarılmaq istənən Hz. Lut və ailəsi ilə əlaqəlidir. Hz. Lut qövmünə Allahın bəyəndiyi əxlaqı yaşamalarını, əxlaqsızlığı və çirkin utanmazlıqları tərk etməyi nəsihət etmişdir. Hz. Lutun təbliği qarşısında qövmünün verdiyi cavab isə Quranda belə xəbər verilmişdir:

Qövmünün cavabı isə yalnız: “Lut ailəsini məmləkətinizdən çıxarın! Çünki onlar çox təmiz kimsələrdir”, – demələri oldu. (Nəml surəsi, 56)

Lut qövmü, “təmiz qalmaq istədikləri” və Allahın razı olacağı kimi bir əxlaq göstərdikləri üçün Hz. Lutu ailəsi ilə birlikdə yaşadıqları şəhərdən çıxarmaq istəmişdir. Ancaq, Hz. Lutun yaşadığı şəhəri tərk etməsinin dərhal ardından Allah o şəhəri yerlə bir etmiş, möminlərə qurulan tələni bu insanların əleyhinə çevirmişdir.