Münafiq həmişə şübhə içindədir. Allahın elçisinə qarşı, hz. Mehdi (ə.s)-a qarşı, Peyğəmbərimiz (s.ə.v)-ə qarşı. Hər şeydən şübhələnər, özündən də, Allahdan da şübhə edər. Həmişə vəsvəsəyə qapılar, şizofreniya xarakterli olduğu üçün beyni heç hüzurlu olmaz, həmişə fitnə axtarar.
Münafiqləri zərərsizləşdirmək üçün aparılacaq fikri mübarizə, İslam aləmi üçün ən mühüm məsələlərdən biridir. Tarix boyu, dünyadakı “bütün dəccali sistemlər, dərin dövlətlər, şeytani təşkilatlar və qeyri-qanuni quruluşlar”, İslam aləmi üzərində oynamaq istədikləri oyunlarda və çirkli hədəflərinə nail ola bilmək üçün “münafiqlərdən” istifadə etmişlər. Çünki münafiq xarakteri, bu çirkli təşkilatların alçaqca oyunlarını və namərdcə tələlərini tətbiq edə bilmələri üçün vacib əhəmiyyət daşıyır. Münafiq alçaq, xain, namərd, hiyləgər, saxtakar və əclaf xarakterli, psixopat və manyak ruhlu varlıqdır. Dürüstlüyə, yaxşılığa və doğruya müharibə başlatmışdır. Həmçinin üzərində, şeytandan aldığı namərd cəsarət də vardır. Mənfəətlərinə nail olmaqda, qanun tanımaz. Əxlaqsızlıqda tanıdığı heç bir imani, əxlaqi, etik və ya insani hüdud yoxdur. Gözü dönmüşdür. Mənfəət üçün hər cür alçaqlığı etməyə, hər cür pis oyunu oynamağa hazırdır.
Məhz bu alçaq və şeytani ruhuna görə dəccali qüvvələr, dərin dövlətlər və qeyri-qanuni təşkilatlar üçün münafiq, sanki biçilmiş paltar kimidir. Çünki çirkli işlərini gördürmədə ən cəsarətli, həyasız və əxlaqsız xarakteri münafiqlərdə taparlar. Buna görə də, tarixin başlanğıcından bəri, gəlib-keçmiş bütün şeytani quruluşlar münafiqi əldə olunmaz fürsət kimi xarakterizə etmiş və bütün pis işlərində və şeytani planlarını tətbiq etməkdə, həmişə münafiqlərdən istifadə etmişlər.
I … Necə ki, şeytani quruluşların bu tələbi birtərəfli deyil. Münafiq də, öz hiyləgər planları istiqamətində, sığına biləcəyi “küfri qüvvə” tapmaq axtarışındadır. Qarşısındakı güc, nə qədər böyük quruluşdursa və dünya səviyyəsində nə qədər böyük təsirə malikdirsə, münafiq də onu gözündə o qədər böyüdər. Lakin münafiq “qanuni və dürüst qüvvə” axtarmaz. Çünki dünyada nə vaxtsa küfrün hakim olacağına inanar. Dolayısilə də, mütləq onların tərəfində yer almağı düşünər. Buna görə də özü kimi, mənfəətlərinə asan yoldan və hiyləgərliklə, oyunla, intriqa ilə nail olan; alçaqlıqda, namərdlikdə, əclaflıqda hüdud tanımayan “şeytani quruluşa” sığınmaq istəyər. Məhz bu iki tərəfli tələb nəticəsində də ortaya, tarix boyu hər dövrdə təsirini göstərmiş “namərd, alçaq və şeytani ittifaq” çıxar.
Dərin dövlətlər, İslam aləmində oynamaq istədikləri hər alçaqca oyunda və hər cür pis işlərində münafiqlərdən istifadə etmiş və onların daxildən verdikləri şeytani dəstək sayəsində, müsəlmanlara qarşı namərdcə tələlər qurmuşlar. Ölkələrin dağılmasında, parçalanıb bölünməsində və ələ keçirilməsində bu şeytani quruluşlar həmişə münafiqlərin daxildəki gücündən istifadə etmişlər. Tarix boyu dövlət liderlərinə tələ qurarkən, siyasətçilərə təzyiq göstərib istiqamətləndirərkən, istədikləri kəsləri vəzifədən çıxarıb yerinə öz tərəfdarlarını gətirərkən, onlara ən böyük dəstəyi verən, yenə həmişə münafiqlər olmuşdur.

