Ayə izahı: Həcc surəsi, 78

Həcc surəsi, 78-ci ayə (2)

Həcc surəsi, 78-ci ayə. “Allah adına” Allah rizası üçün, “…lazım olduğu kimi” lazım olan kimi, ən mükəmməl şəkildə “…mübarizə aparın.” Cəhd edin, cəhd göstərin. “O, sizləri seçmiş və din mövzusunda sizə bir çətinlik yükləməmişdir,” Allah deyir, sizə mövhumatçılıq və xurafat verməmişdir. Əziyyət çəkəcəyiniz, iztirab çəkəcəyiniz dini hökm yoxdur, dinin bütün hökmləri çox asandır, deyir Allah. “…atanız İbrahimin dini(ndə olduğu kimi). “Hz. İbrahim (ə.s)-ın dini də asan idi. Mövhumatçıların uydurduğu kimi, xurafatçıların uydurduğu kimi çətin din yoxdur, deyir Allah.

“O (Allah) bundan daha əvvəl də, bunda (Quranda) da sizi “müsəlmanlar” olaraq adlandırdı;” adınız həmişə müsəlman idi, deyir. “…elçi sizin üzərinizə şahid olsun, siz də insanlar üzərinə şahidlər olasınız deyə.” Bu ayənin əbcədi 2026-ci il tarixini verir. “Artıq düzgün namazı qılın,” Deməli Quranda yazıldığı kimi, Allahın bizə öyrətdiyi kimi düzgün namaz qılacağıq. Allahın Rəsulu (s) da bu cür qılmışdır. Merac gecəsi ona namaz verildi hekayəsi tamamən yanlışdır, Bəs o zamana qədər necə namaz qılırdı o zaman? “…zəkatı verin və Allahdan yapışın,” Qurandan yapışın mənasını verir. Qurandan başqa qaynaqlar islam deyildir, sadəcə dəlalətə aparar. Zəkat mütləq verilməlidir, xəsislik etmək haramdır. Hər ay imkana görə öz uşağınıza vermiş kimi saymadan verməlisiz ki, Allahda sizlərə saymadan hər iki dünyada geri versin, inşaAllah. “…sizin Mövlanız Odur. Nə gözəl mövla və nə gözəl köməkçidir.” maşaAllah.