Həcc surəsi, 78-ci ayə. “Allah adına lazım olduğu kimi cihad edin.” Cihad demək qan tökmək deyil. Təbliğ, cəhd etmək, cəhd göstərməkdir. “O, sizləri seçmiş və din mövzusunda sizə bir çətinlik yükləməmişdir.” Yəni “dininiz asandır” deyir. İslam dini asandır, lakin xurafatçılar son dərəcə çətin göstərdiyi üçün insanlar dini çox çətin zənn edirlər. Cahillər deyər ki; “60 yaşına gəldiyim zaman dünyadan əl çəkər, içimə qapanaram” deyir. Anlamırlar ki, sənə dünyadan əl çək deyən kimdir? Din sənə elə bir şey deyirmi? Əksinə, dünyanı daha gözəl yaşayar dindar. Daha haqqı ilə yaşayar, dünya zövqlərini daha gözəl yaşayar. Ən gözəl şəkildə həyatı yaşayıb və islamı diqqətlə yaşamaq. Din olmadan onsuz da heç bir zövqün mənası olmaz. Hamısı dinin verəcəyi zövq içərisində məna qazanar.
“O, sizləri seçmiş və din mövzusunda sizə çətinlik yükləməmişdir.” Xurafatçılar, məzhəbçilər çətin göstərirlər. İnsanlar da bilmədiyi üçün islamı dəhşət verici bir şey zənn edirlər. Din fərahlıq, sevinc və hüzurdur. Qəlbi açar. Bədənə, ruha, hər şeyə rahatlıq və sağlamlıq qatar. Həyat hər tərəfli mənalı hal alar və gözəl olar. Hər şey gözəl olar. İnsanlar, bitkilər, heyvanlar gözəl olar, həyat gözəl olar, ətraf gözəl olar, hər şey gözəl olar dində. “Atanız İbrahimin dini(ndə olduğu kimi).” “Onun dini də çox asan idi” deyir Allah. Xurafatçılar çətin göstərirlər. Əsla, insanlar buna inanmasın. Əslində bütün peyğəmbərlərə asan din göndərilib, daha sonra münafiqlər və mövhumatçılar şeytanın əmrlərinə yerinə yetirib dəyişib və çətinləşdiriblər. Buddist, şamanist dinlərdən uydurma xurafatlar, bidatlar əlavə ediblər və haqq dini parçalara bölüb, bir-birlərinə düşmən ediblər, Tarixdə dinlər, məzhəblər arası çox müharibələr olub, 100 minlərlə insan öldürülüb, zalımlıq edilib. İndiki dövrümüzdə də bu davam edir hələdə. Məzhəblər bir-birlərinə kafir və münafiq elan edər, ölüm əmri verərlər. Yaxın Şərq və Asiya ölkələrində hələdə bu davam edir, bir çox terrorist təşkilatlar qurub xalqa zülm edirlər.
Bunların hamısı Mehdiyyət dövründə inşaAllah bitəcəkdir, İslam Birliyi qurulacaq və Qızıl Əsr başlayacaqdır.

