Ayə izahı: Həcc surəsi, 74

Allah sonsuz qüdrətini və elmini var olan hər varlıqda göstərir

Allah sonsuz qüdrətini və elmini var olan hər varlıqda göstərir. İnsan bədəninin mükəmməlliyində, çiçəklərin görünüşlərində, rəng və qoxularındakı gözəllikdə, səmanın və kainatın ehtişamında, planetlərin nizamında, dənizlərin dərinliklərindəki balıqlarda və ağlınıza gələcək hər şeydə açıqca görülən nizam və mükəmməllik, Allahın varlığının və sonsuz gücünün çox açıq dəlillərindəndir. İnanmayanların bir qismi Allahın varlığını və qüdrətinin sonsuzluğunu fərq etmələrinə baxmayaraq, qürurlarından inkar edirlər. Allahın böyüklüyünü lazım olduğu kimi tanıyıb təqdir etmirlər. Ağıl sahibi olmadıqları üçün Allahın varlığının və böyüklüyünün bütün varlıqlarda görülən açıq dəlillərini görə bilmirlər.

Bu dəlilləri ancaq ətrafındakı varlıqlarda görən, mühakimə qabiliyyəti açıq, ağlı və vicdanı olan insanlar dərk edirlər. Bunlar da iman edənlərdir. Möminlərin ən əhəmiyyətli xüsusiyyətlərindən biri dərin düşünə bilmələridir. Səmimi olan, ağılla və səthi düşünməyən möminlər Allahın yaradılış sənətini və gücünü görür, Onun böyüklüyünü və qüdrətini təqdir edirlər. Bunu qavrayan insan, baxdığı hər şeydə Allahın varlığının dəlillərini görür, Onun qüdrətinin izlərini seyr edir. İnsanların çoxu bu həqiqətləri heç düşünmədən, tamamilə boş ağılla yaşayarkən, mömin davamlı olaraq Allahı təfəkkür edir. Bir ayədə nümunə olaraq müsəlman rəftarı belə izah edilir:

“O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru!” (Ali İmran surəsi, 191)