Ayə izahı: Həcc surəsi, 73-74

Allah ayədə kiçik bir milçəyin belə iman həqiqəti olduğunu misal çəkərək bu həqiqətlərdən

Allah ayədə kiçik bir milçəyin belə iman həqiqəti olduğunu misal çəkərək bu həqiqətlərdən xəbərsiz olanların Allahın qüdrətini lazımınca təqdir etmədiklərindən bəhs edir. Bəzi insanlar Allahın varlığını sadəcə bəzi ənənəvi inancların təsiri ilə mənasını anlamadan təsdiq etmiş ola bilər. Ayədə təsvir edilən insan modeli belədir. Belə insanlar Allahın varlığını sadəcə dildə qəbul edir, ancaq bu böyük həqiqət üzərində düşünmür, mənasını qavramırlar.

İman həqiqətləri üzərində dərin düşünmək və Allahın bunlarda təzahür edən sifətlərini görmək Allahı daha yaxşı və yaxından tanımağa vəsilə olacaq. Allahı daha yaxşı tanımağa, hər an, hər yerdə Onun təcəllilərini görməyə başlayan insan da qazandığı bu üstünlük sayəsində Allahın qüdrətini haqqı ilə təqdir edəcəkdir.

İman həqiqətləri üzərində dərin düşünən insan bilgi və təfəkkür nəticəsində bu həqiqəti daha yaxşı qavrayır: Dünyada yaşayan trilyonlarla canlının, cansız varlıqların və milyardlarla insanın hər birinin hərəkəti Uca Allahın nəzarəti altındadır. Kiçik bir milçək, bədəndəki trilyonlarla hüceyrə, milyardlarla insanın bədəni və kainatdakı bütün canlılar, qalaktikalar, atomlar Allahın izni ilə mövcud olur və həyatlarını davam edirlər. Hər hərəkətləri Allahın izni ilə reallaşır və Allahın nəzarəti altındadır. Belə sistem sonsuz bir güc, bilgi, ağıl və zəka tələb edir. Sadəcə bu həqiqət üzərində təfəkkür etmək belə Allahın sonsuz sifətlərinə daha yaxından şahid olmağa və Allahın sonsuz gücümü lazımınca təqdir etməyə vəsilədir.

Bədəndəki kompleks sistemləri və bunlardaki həssas tarazlığı bilən və üzərində düşünən mömin qüsursuz çalışan bu sistemləri yaradan ağlın tək sahibinin Allah olduğunu anlayar. Bu təfəkkür nəticəsində də bir milçəyə, bədəndəki hər bir hüceyrəyə, kainatdakı hər atoma qədər hər şeyin Allahın əmri ilə və istəyi ilə hərəkət etdiyinə şəksiz-şübhəsiz inanar.