Ayə izahı: Həcc surəsi, 3

Münafiqlər çox azğın olarlar

Münafiqlər çox azğın olarlar. Namərd, ikiüzlü olarlar. Quran haqqında yaxşı məlumatı olan, dərin detalları bilən bir insan şeytanın hədəfi olmaz, münafiqin də hədəfi olmaz. Şeytan və münafiqlər yalnız dini bilgisi az və ya olmayan “cahil” insanları hədəf alar, çünki yalnız onları aldada bilərlər.

Homoseksuallığın Qurana görə olduqca “yanlış və azğın hərəkət” olduğu aydındır. Tarix boyu müsəlmanların bu mövzudakı rəftarları həmişə çox açıq olmuşdur. Homoseksuallığın “haram və eyni zamanda da çirkin iyrənclik olduğu” bütün müsəlmanlar tərəfindən bilinir. Münafiqlərin bu məsələdəki rəftarları isə müsəlmanlarınkı kimi deyil. Münafiqlər Allahın bəyəndiyi əxlaqı çirkin, bəyənmədiyi rəftarları isə gözəl hesab edərlər. Müsəlmanların həyat tərzini deyil, inkarçıların həyat tərzini bəyənərlər. İslam əxlaqını, batil və ya azğın fikir və davranışlarla təhrif edə bilmək üçün mübarizə apararlar. Güc və etibarı, haqq olanda deyil, zahirən o sırada kim daha güclü görünürsə onun yanında axtararlar.

Münafiqlər şərəfsiz insanlar olduqları üçün harada anormallıq, iyrənclik, nifaq, fitnə, azğınlıq varsa onun içinə sanki başıaşağı gedərlər. Allahın xoşuna gəlməyən, Allahın bəyənmədiyi nə varsa, bütün bu hərəkətlər, münafiqləri maqnit kimi cəzb edər. Səhv, azğın və qaranlıq hər cür insan və ya hərəkət, münafiqlərin həyat sahəsinin mühüm hissələridir. Buna görə də, mütləq bu cür batil insan və ya cəmiyyətlərlə əlaqə yaradar və qaranlıq hadisələrlə iç-içə olmağa çalışarlar. Məhz “homoseksuallıq” da bunlardan biridir. Münafiqlər “iyrənc pozğunluq” olduğunu bildikləri halda, “homoseksual insanlarla dost olmaqdan, onlara simpatiya bəsləməkdən, onların tərəfdarı olmaqdan” gizli zövq alarlar. Bu şeytani simpatiya, etdiklərinin, Allahın xoşuna gəlməyən, Qurana zidd hərəkət olduğunu bilmələrindən irəli gələr…

I … Münafiqlər zahir və dayaz insanlardır. Təkcə anlıq maraqlarını güdərlər. Küfr əhlinə isə, çox qibtə edərlər. Yaşadıqları cəmiyyətin qabaqcıl, tanınmış və populyar inkarçılarını gözlərində çox böyüdərlər. Xüsusən də öz hiyləgər axtarışlarına uyğun, “çirkli, qaranlıq və qeyri-qanuni işlər görən dərin dövlət mənsublarına, gizli təşkilat üzvlərinə və qeyri-qanuni kəşfiyyat xidmətlərinin istifadə etdiyi insanlara” qarşı heyrətamiz dərəcədə heyranlıq duyarlar. Allahın sonsuz gücünə deyil, məhz bu qaranlıq dünyada gizli işlər görən insanların gücünə güvənərlər. Öz zəif ağılları ilə dünyanı bu insanların idarə etdiyinə və qalib gələcək olanın da mütləq bu şeytani sistem olduğuna inanarlar.

Məhz qibtə və həsrətlə izlədikləri bu çirkli dünyanın insanları, münafiqlərdə çox böyük həyəcan yaradar. Qibtə edən ruhla, bu insanlara heyranlıqla yanaşar və onları özlərini bəyəndirə bilmək üçün nə lazımdırsa etməyə çalışarlar. Güc sahibi hesab etdikləri bu insanların kiçik alqış və ya rəğbətini qazana bilmək üçün, hər cür küfri fikri heç tərəddüd etmədən müdafiə edərlər.

Bununla yanaşı, münafiqlər küfr əhlinə bənzəməyin, öz aləmlərində onlara “müasir, uzaqgörən və ya azad şəxsiyyət qazandıracağını” zənn edərlər. Məhz indiki vaxtda, “guya müasirlik naminə” İslamda qətiyyən yeri olmayan azğın hərəkətləri müdafiə edən və beləliklə özlərini “dinə əhəmiyyət verməyən müsəlman”lar kimi tanıdaraq küfr əhli ilə güclü dostluq əlaqələri quran, “saxta müsəlman” modeli də var.

Küfr əhlinə qibtə edən bu saxta müsəlmanların azğın yanaşma tərzlərinin də töhfəsi ilə, indiki vaxtda homoseksuallıq, dünya səviyyəsində geniş kütlələr tərəfindən dəstəklənən və qanuni hesab edilən vəziyyətə gəlmişdir. Həmçinin bu vəziyyət, münafiqin tam da axtardığı kimi bir fürsətdir. Münafiq cinsi azğınlara, homoseksual və bunlar kimi hər cür azğın həyat tərzini dəstəkləyərək, bu azğın ideologiyaları qanuniləşdirməyə çalışar. Münafiqlərin belə alçaq hərəkətə göz yummalarının səbəbi isə, “bəzi münafiqlərin özlərinin də bu azğınlığa meylli olmaları”, “bəzilərinin də cəmiyyətdə guya “müasir”, “ziyalı”, “azad” bilinmək istəmələri”dir.