Ayə izahı: Fussilət surəsi, 34-35

İnsanlar, həmişə hüzur, rahatlıq içində yaşadıqları, dostluq və sevincin olduğu mühiti

İnsanlar, həmişə hüzur, rahatlıq içində yaşadıqları, dostluq və sevincin olduğu mühiti istəyərlər. Ancaq, bunu istəyərkən bir çox insan belə mühitlərin meydana gəlməsi üçün səy göstərməz, hətta şəxsən özləri başqalarına narahatlıq verərlər. Rahatlığı, dostluğu və təhlükəsizliyi təmin etməyi isə hər kəs qarşı tərəfdən gözləyər. Bu ailə içi əlaqələrdən, bir şirkət işçilərinə, ictimai hüzurdan ölkələr arası əlaqələrə qədər belədir. Halbuki, gözəlliklər, dostluqlar, dinclik və rahatlıq fədakarlıq istər. Əgər hər kəs öz istəyinin olmasını istəsə, hər kəs danışıqlarda və qərarlarda özünün üstün gəlməsi üçün səy göstərərsə, hər kəs öz rahatlığını düşünüb, fədakarlıq etməzsə, əlbəttə ki, insanlar arasında qarşıdurmalar və narahatlıqlar olacaq. Ancaq Allahdan qorxan möminlər fərqli davranırlar. Onlar, həm fədakar, həm bağışlayandır, həm də səbirlidirlər. Özlərinə haqsızlıq edildiyində belə, haqlarından istifadə edərək, cəmiyyətin dinclik və təhlükəsizliyini öz nəfslərindən üstün tutar, ən gözəl rəftarı göstərərlər. Bu, Allahın möminlərə əmr etdiyi üstün əxlaq xüsusiyyətidir.

Bu ayələr möminlərin inanmayanlara, düşmənlərinə və azğın insanlara qarşı necə rəftar etmələri lazım olduğunu bildirir. Allah, möminlərin, əmrlərinə uyaraq gözəl əxlaq göstərmələrinin qarşılığında davranışlarını təsirli edəcəyini və düşmənlərini dosta çevirəcəyini sirr olaraq bildirmişdir. Bunlar əlbəttə ki, səbir, güc, təvazökarlıq və ağıl tələb edən davranışlardır.

Ayədə də bildirildiyi kimi, Allah belə üstün rəftara qarşılıq, möminlərin düşmənlərini “səmimi dosta” çevirir. Bu Allahın sirlərindən biridir. Nəticədə bütün insanların qəlbi Allahın əlindədir. Allah kimi istəsə, onun qəlbini və düşüncəsini dəyişdirə bilər.