Dərilər axirətdə danışır. İnsanlara günahını deyərlər, “sən bunu etdin” deyirlər. Çünki soruşanda demir, yalan danışırlar, yalançıdırlar. Yalan danışmağa öyrəşmişdir, orada da yalan danışır. “Öz dərilərinə dedilər ki: “Niyə əleyhimizə şahidlik etdiniz?”. “Dedilər ki: “Hər şeyə nitqi verib-danışdıran Allah bizi danışdırdı.” Hər şeyə nitqi verən, hər şeyi danışdıran Allah. Yəni hər şeyə, insanlara, quşlara, hamısına. “Hər şeyə nitqi verib-danışdıran Allah, bizi danışdırdı”. Allah “…Sizi ilk dəfə O yaratdı…” deyir. “…Ona döndəriləcəksiniz. Siz eşitmə, görmə …hissiyatlarınız və dəriləriniz…” Eşitmə, görmə duyğuları, yəni göz, qulaq və dəri. “…Əleyhinizə şahidlik edər deyə çəkinmirdiniz”. Yəni heç belə bir şeyi düşünmədiniz, deyildiyi halda. “…Əksinə, etdiklərinizin bir çoxunu Allahın bilməyəcəyini sanırdınız”. Halbuki Allah orada bildiyini onlara göstərmiş olur.
Allah 26-cı ayədə deyir, “İnkar edənlər dedilər ki: “Bu Quranı dinləməyin və onda oxunarkən qışqırıqlar qoparın. Bəlkə, üstün gələsiniz”. Yəni Həqiqi İslamdan, Qurandan bəhs edərkən, ruhsuzlar qışqır-bağırtı salar, yaxud oranı tərk edər, səhifəni tərk edər. Çünki onların “atalarından qalma din”ləri əldən gedir.
29-cu ayədə, “İnkar edənlər dedilər ki: Rəbbimiz, cinlərdən və insanlardan bizi azdırmış olanları bizə göstər”. Axirətdə bunu istəyirlər. İndi insanlardan da, digər insanları azdıranlar var. Darvinizmə, materializmə, kommunizmə, terrorizmə, masonluğa, xurafata insanları çəkən güclər var. Lakin deyir ki, “cinlərdən də”. Bu da masonların cinlərə tapındığını da göstərir, çünki cinni şeytanlara tapınırlar. Cinni şeytanlar, onları o yoldan çıxardır, yəni anormal hala gətirən onlardır. “…və insanlardan bizi azdırmış olanları bizə göstər, ayaqlarımızın altına alaq, ən aşağılarda olanlardan olsunlar”. Ən aşağılarda olanlar, yəni onları cəhənnəmin ən dərin təbəqəsinə göndər deyir, orada əzabın çox olduğunu bilirlər. Eyni zamanda onu ifadə edir. Yəni cəhənnəmdə kafirlər öz aralarında həmişə dalaşacaqlar.

