Ayə izahı: Fussilət surəsi, 15

Fussilət surəsi, “(Bu Quran,) Rəhman və Rəhimdən endirilmişdir

Fussilət surəsi, “(Bu Quran,) Rəhman və Rəhimdən endirilmişdir. Bilən bir qövm üçün, ayələri (müxtəlif formalarda, bir-bir) “fəsillər halında açıqlanmış” ərəbcə Quran (və ya oxunan) kitabdır;” deyir Allah. “Fəsillər halında da açıqlanmışdır” deyir Allah. “Bir müjdə verici və bir xəbərdar edici olaraq. Amma çoxu üz çevirdi. Artıq onlar dinləməzlər.” “Bir müjdə verici və xəbərdar edici olaraq” deyir Allah. “Dedilər ki: “Bizi özünə çağırdığın şeyə qarşı ürəklərimiz bir örtü içindədir, qulaqlarımızda bir ağırlıq, bizimlə sənin aranda bir pərdə vardır.” Bu, dəccalın hipnozudur. Dəccal, insanlara hipnoz edir, qulaqlarına ağırlıq gəlir, gözlərinə pərdə gəlir və insanlar haqqı, həqiqəti görə bilmirlər. Dəccalın meydana gətirdiyi bir dəyişiklikdir, çox təəccüblüdür, onsuzda küfr də bunu açıqca ifadə edir, bəyan edirlər.

15-ci ayə; “Ad (qövmün)ə gəlincə; onlar yer üzündə haqsız yerə təkəbbürləndilər və dedilər ki: “Qüvvət baxımından bizdən daha üstünü kimmiş?” “Dünyadakı hərbi güc, ən böyük dövlət bizik” deyirlər. ABŞ-a işarədir. “Onlar, həqiqətən, özlərini yaradan Allahı görmədilərmi? O, qüvvət baxımından özlərindən daha üstündür. Halbuki onlar, Bizim ayələrimizi (bilərək) inkar edirdilər. Beləcə, Biz də onlara dünya həyatında alçaldılma əzabını daddırmaq üçün, o uğursuz (fəlakət yüklü) günlərdə üzərlərinə “qulaqları partladan bir qasırğa” göndərdik.” Ard-arda Amerikada böyük qasırğalar olur. “Axirət əzabı isə daha (böyük) bir alçaldılmadır. Və onlara kömək edilməyəcək.

“Səmuda gəlincə; Biz onlara doğru yolu göstərdik, lakin onlar korluğu hidayətə seçdilər.” SSRİ-yə işarə ola bilər. Korluq dəccaliyyətdir. Dəccalın gözü kordur, bunlar da kordurlar. “Hidayətə seçdilər.” Hidayət mehdiyyətdir. “Beləcə, qazandıqları şeylərə görə onları alçaldıcı əzabın ildırımı vurdu.” Alman ordularına; ildırım orduları deyilirdi, Rusiyanı məhv etdilər, pərişan etdilər və böyük bir bəla olaraq, üstlərinə axdılar. Onlara o bəlanı verən də Allah idi. “Onları alçaldıcı əzabın ildırımı vurdu” deyir Allah. Alman ordularının adı; ildırım orduları idi.