Ayə izahı: Fil surəsi, 1-5

Rəbbinin fil sahiblərinə nə etdiyini görmədinmi?!

“Rəbbinin fil sahiblərinə nə etdiyini görmədinmi?! Allah onların hiyləsini boşa çıxartmadımı?!” Məsələn, indi böyük hərbi gücə sahib ölkələrin hazırladıqları planlar boşa çıxmışdır. İslam dünyaya hakim olur, yəni böyük tədbirlər gördülər, yəni o dövrün ən böyük silahları fillər idi, bu dövrün də ən böyük silahlarına super dövlətlər sahibdirlər. Amma baxın Allah onların hazırladıqları planları boşa çıxardığını deyir.

Quşları göndərdi. “Onların üstünə qatar-qatar quşlar göndərdi. Quşlar onlara bişmiş gildən ibarət sərt daşlar atırdı. Beləcə, Allah onları yeyilmiş əkin yarpağı kimi etdi.” Ayədə də bir tərəfdən yenə hava bombardmanına diqqət çəkilir, yəni havadan, göydən olan hava bombardmanına diqqət çəkilir. Çünki baxın bişirilib, sərtləşdirilmiş palçıqdan daşlar atırdılar. Yəni hazırlanmış şeylərdir, adi bir şey deyil, hazır olan bir şeyi atırlar. Məsələn, bunların tarixləri də birinci dünya müharibəsinin tarixini verir, əbcədləri ikinci dünya müharibəsini verir. Yəni bu tərəfi ilə də çox təəccüblüdür, çünki göydən hava bombardmanı o döyüşlərdə oldu.

Peyğəmbərimiz Dəccalın (İngilis dərin dövlətinin) simvolları olan fil və kərgədana diqqət çəkmişdir.

“Dəccalın saysız-hesabsız planları var. Onun ordusu könülsüz qullardan ibarətdir. Onunla birlikdə kərgədan və fil orduları var.” (İmam Əli, “Cifr”, Seyid Əli Asur, səh. 516)

2-ci Qarabağ müharibəsində Türkiyənin köməyi ilə Bayraktar PUA-ları ilə düşməni havadan bombaladılar və mütləq qalibiyyət əldə etdilər. Tarix daima təkrar edir.