“De: “Sığınıram sübhün Rəbbinə, Yaratdıqlarının şərindən, Qaranlıq çökən gecənin şərindən” ki, Axırzamanda bütün dünyaya bir qaranlıq çökmüşdür. “Düyünlərə üfürən qadınların şərindən”. Məsələn, Axırzamanda bir çox feminist qadın dərnəyi, din düşməni, dinə qarşı təcavüzkar, kommunist təşkilatlar olaraq qurdular. Qadın fitrətinə heç uyğun olmayan düşüncələrlə onları dəstəklədilər. Eyni zamanda Axırzamanda bəzi qadınlardan dinə qarşı istifadə ediləcəyinə işarə edir.
“Və paxıllıq edən paxılın şərindən”. Məsələn, İslam ölkələrinin bərəkətinə, bolluğuna paxıllıq edirlər, xoşbəxtliyinə paxıllıq edirlər. İnancının mükəmməlliyinə paxıllıq edirlər. İnsanlar bir çox şeyinə paxıllıq edir. Və bunun nəticəsində də hadisə çıxardırlar. Məsələn, biri avtomobil alır, insanlara həsəd etdirmək üçün alır. Həsəd etdirmək üçün paltar alır, həsəd etdirmək üçün evlənir. Xanımını açıq-saçıq aparır millətə göstərir, həsəd etsinlər. Məsələn, toy edir, millət həsəd etsin deyə toy edir. Adamlar qısqansın, həsəd etsin, narahat olsunlar. Yəni insanlar paxıllanacaq, o da ondan zövq alacaq.
Məsələn, son model avtomobili olur, ən görünən bir yerdə, məsələn kafenin qarşısında qoyur. Belə mənim gözəl avtomobilim var, için açılsın xoşunuza gəlsin deyə qoymur. Mən belə zənginəm, həsəd edin, canınız yansın deyə qoyur. Həqiqətən, həsəd edicilər də hazırdırlar. Bu, Axırzamanın bir bəlasıdır. Məsələn, həsəd etsinlər deyə ev tikdirir, həsəd etsinlər deyə lüks mallardan istifadə edir. Axırzamanın bu bəlasına Quran diqqət çəkmiş olur.
Axırzamanda həmişə falçılıq, cadugərlik, kahinlik və s. artdı. Quran eyni zamanda buna işarə edir, bunlar artacaq, fitnə ətrafı bürüyəcək. Hara baxsaq, fal, cadu, kahinlik. Kinolara baxırıq, filmlərə baxırıq yenə cadu üzərində qurulub. Quran da Axırzamanda belə bir bəlanın yayılacağını və xüsusilə, bunun qadınlar arasında da məşhurlaşacağını göstərir. Çünki qadınların daha çoxu belə şeylərə daha maraq duyurlar.

