Ayə izahı: Fatir surəsi, 5

Ey insanlar, heç şübhəsiz, Allahın vədi haqqdır;" İslam dünyaya hakim olacaq, ayə var, qətidir

“Ey insanlar, heç şübhəsiz, Allahın vədi haqqdır;” İslam dünyaya hakim olacaq, ayə var, qətidir. “Elə isə dünya həyatı sizi aldatmasın”, yəni dünyanın mənfəəti, uşaq-ailə, yemək-içmək dünya malı, vəzifə, pul sizi aldatmasın. “…Və yalançılar da sizi Allah ilə (Allahın adından istifadə edərək) aldatmasın”. Bu çox əhəmiyyətlidir, bəzi xurafatçılar çıxıb deyəcək ki, Allahın vədi yoxdur, İslam hakim olmayacaq, İslamiyyət artıq keçdi deyəcəklər, yəni elə bir şey yoxdur, bir sıra saxtakarlar artıq ümidinizi kəsin, Mehdi gəlməyəcək deyəcəklər. Və bunu Allah və din adına söyləyəcəklər. Quranda onsuz da İslamın hakimiyyətindən bəhs edilmir, sən haradan çıxarırsan deyəcəklər. Allahın vədini inkar edəcək bir çox ayə olduğu halda “və yalançılar sizi Allahın adından istifadə edərək aldatmasın”. Məsələn, məzhəbçi xurafatçılar da elə edəcək, insanları Allah ilə aldadacaq və yalançı olacaq. Yəni Allah onun yalançı olduğunu insanlara göstərəcək.

Allah “ey insanlar, siz Allaha (qarşı kasıb olan) möhtaclarsınız;” siz kasıbsınız deyir, çünki biz görünüşdən ibarət varlıqlarıq, bizim bir şeyimiz yoxdur, hər şey Allaha aiddir. “Allah isə, Qani (heç bir şeyə ehtiyacı olmayan)dır, Həmid (təriflənməyə layiq)dir”.

“Kor olanla görən bir deyil”. 19-cu ayə, eyni zamanda, dəccala işarə edən bir ayədir. Axırzaman hədislərinə görə Məsih dəccalın sağ gözü kordur. Görənlə bir deyil. Yəni Mehdi (ə.s) ilə dəccal bir deyil. Mehdi (ə.s)-ın bəsirəti də, fərasəti də çox açıqdır. Amma dəccal; gözü kordur, ürək gözü də kordur. Bir gözü də kordur. “Qaranlıqlarla işıqlıq”, yəni zülmətlə, dinsizliklə işıqlıq, işıq, nur olan İslam “eyni deyil”. “Kölgə ilə istilik də, diri olanlarla ölülər də bir deyil”. Müsəlmanlar diridir, Allaha inanmayanlar da ölüdür. Allah Quranda elə söyləyir. “Onları siz canlı zənn edərsiniz onlar ölüdürlər” deyir. Çünki Allah qulaqları vardır eşitməz, gözləri vardır görməzlər, siz görür zənn edərsiniz, eşidir zənn edərsiniz, elə deyil deyir.

I … “Həqiqətən, Allah dilədiyinə eşitdirər, sən isə qəbirlərdə olanlara eşitdirəcək deyilsən. Allah “Onlar onsuz da ölüdürlər, qəbirdədirlər deyir. Yəni adam ölmüşdür; yaşayır amma, insan zombi olaraq gəzir. Onu bilmir. Yəni baxması, nəfəs almasına görə, danışmasına görə onu yaşayır zənn edir. Halbuki ruhu alınmışdır, yəni bir çox insan ayaqda gedərkən ruhu alınar bilə, bilməzsən. Evə gəlir normal yeməyini yeyər; adam ölmüşdür, yaşayır zənn edərsən. O adam onsuzda qəbirdədir. Lakin bədəni yaşayar.

“Sən yalnız bir xəbərdar edənsən”. Peyğəmbərimiz (s.ə.v)-ə xitab olmaqla yanaşı Mehdi (ə.s)-a işarə var. “Şübhəsiz” Allah deyir, “Biz səni haqq ilə bir müjdəçi və xəbərdar edən olaraq göndərdik”. Əbcədi dəqiq 1983-dür. “Elə bir ümmət yoxdur ki, ora bir xəbərdar edən gəlməmiş olsun”. 2026, İslamın tam hakimiyyət tarixini verir.

Allah cəhənnəm əhli üçün deyir: “Cəhənnəm içində onlar belə qışqırarlar”. Qışqırıqla danışırlar, yəni fəryad edirlər. “Rəbbimiz bizi çıxar etdiyimizdən başqa saleh bir əməl edək”. Yenidən müsəlman olub İslamı yaşayaq. Bizi dünyaya geri göndər deyirlər. Allah “Sizə orada (dünyada) öyüd ala bilənin öyüd ala biləcəyi qədər ömür vermədikmi?” deyir. Yəni Allah 60, 70 il nə etdiniz deyir. Yəni bolluca vaxt verilmişdi. “Sizə xəbərdar edən də gəlmişdi.” Mehdi (ə.s) da gəlmişdi, Məsih (ə.s) da gəlmişdi. Hz. Məhəmməd (s.ə.v.) də gəldi, hz. Musa (ə.s) da gəldi, İshaq (ə.s), Yaqub (ə.s), Harun (ə.s), Yəhya (ə.s) hamısı gəldi. Allah “Elə isə əzabı dadın, artıq zalımlar üçün bir köməkçi yoxdur” deyir. Xəbərim yox idi. Xəbərləri var, inşaAllah.