Əraf surəsi, 44-cü ayə. “Allahın lənəti olsun zalımlara!” -deyir Allah. “O kəslərə ki, insanları Allah yolundan azdırır, onu əyri göstərməyə çalışır və axirəti inkar edirdilər”. Bu ayənin əbcədi 1945-ci il tarixini verir və 45-ci ayədir. II Dünya müharibəsinə, 1945-ci illərdəki dünyanın içində olduğu vəziyyətə işarə edən bir ayədir. Yəni o vaxt faşistlərin, kommunistlərin ən azğın olduqları dövrlər idi. Kommunizmin ən geniş vüsət aldığı dövrlər idi.
“O kəslərə ki, dinlərini əyləncə və oyun etmişdilər və dünya həyatı onları aldatmışdı”. Dinlərini əyləncə və oyuna necə çevirirlər? Çıxır televiziyada və ya internetdə təlxəklik edir. Dinlə əlaqədar, axirətlə əlaqədar, cənnətlə əlaqədar lətifələr danışır, onu dinləyənlərdə qəhqəhələr ataraq gülürlər. Allah Əraf surəsi 51-ci ayədə deyir, “O kəslərə ki, dinlərini əyləncə və oyun etmişdilər və dünya həyatı onları aldatmışdı”. Məsələn, pul qarşılığında çıxıb “İslam Birliyinin olmayacağını” deyir. “İttihad-ı İslamın olmayacağını” deyir. Mehdiyyəti inkar edir, hz. İsa (ə.s) və hz. Mehdinin (ə.s) zühurunu inkar edir. Quran islamını yox, xurafat və uydurma rəvayətləri, saxta hədisləri izah edir. “Onlar bu günləri ilə qarşılaşmağı unutduqları və ayələrimizi inkar etdikləri kimi, Biz də onları bu gün unudarıq” –deyir. “Mən də onlara bəla verəcəyəm” -deyir Allah.

