Ayə izahı: Əraf surəsi, 201-202

Allah insanları şeytandan gələ biləcək vəsvəsələrə qarşı xəbərdar etmiş və insanı buna etiraz

Allah insanları şeytandan gələ biləcək vəsvəsələrə qarşı xəbərdar etmiş və insanı buna etiraz etmək üçün düşünməyə çağırmışdır. Çünki bir insanın Allahın ayələri və ətrafını əhatə edən yaradılış möcüzələri üzərində dərindən düşünməsi onu boş düşüncələrdən, vəsvəsədən uzaqlaşdıracaq.

Şeytan möminlərin zehnini boş düşüncələrlə diqqətini yayındırmağa çalışır. Məqsədi iman edənləri məşğul edib, Allahın razılığını qazana biləcəkləri faydalı işlər görmələrinə maneə olmaqdır. Möminlər hər an Allahın razılığını axtarmaq üçün səfərbərdirlər. Mömin etdiyi hər işi “imkanım, ağlım, gücüm, sağlamlığım yerində ikən ən yaxşısını edim ki, Allahın razılığını qazana bilim” deyə düşünür. Həmin anda şeytan müxtəlif vəsvəsələrlə mömini xeyirli işlərdən döndərmək üçün ağlına girməyə çalışır. Bu vəsvəsələr axirəti unudub, dünyəvi işlərə dalan insanlarda daha təsirli olur. Çünki şeytan qürur, qısqanclıq, ehtiras, eqoizm kimi tamamilə dünyaya aid hisslərlə insanı aldadır.

Halbuki, Allahın razılığını qazanmaq üçün saleh əməllər edən və axirəti hədəfləyən bir insanın bu hisslərə qapılması çox mənasızdır. Bu tip hisslər tamamilə şeytanın oyunudur. Mömin belə bir vəsvəsəyə qarşı dərhal şeytandan Allaha sığınmalıdır. Daha sonra Allahın ayədə bildirdiyi kimi, yaxşıca düşünüb, Allahı zikr etməlidir.

İnsanın şeytanın bu oyununu görməsi və buna Quran əxlaqı ilə etiraz etməsi çox əhəmiyyətlidir. Əks halda özünü bilə-bilə dünyada və axirətdə zərər verə biləcək bir sistemin içərisinə atmış olar. Bunun əksinə olaraq, Allahın bildirdiyi kimi davranması və şeytanın təlqinlərinə cavab verməməsi çox asandır. Bu əxlaq, Allahın izni ilə, insana dünyada və axirətdə həm Allahın razılığının, həm də bütün nemətlərin qapısını açacaq.

Ayənin sonunda şeytanın vəsvəsələrinə qulaq asan insanların şeytanın qardaşları olduğu, səmimi olaraq düşünməyən, Allahı xatırlamayan bu insanların, şeytan onları hara apararsa ora gedəcəyi bildirmişdir.