Əraf surəsi, 20-ci ayə. “Şeytan, özlərindən örtülüb gizlənən çirkin yerlərini ortaya çıxarmaq üçün onlara vəsvəsə verdi”. Münafiq də vəsvəsə verər. Zəif insanları seçər. Münafiqlərin hədəfindəki insanlar, vəhşi heyvan necə zəif heyvanları seçir ona müsəllət olar, münafiqlər də zəif olduğuna qane olduqlarını seçərlər, onun üzərinə yüklənərlər. Onun üçün, münafiqlər bir insanın üzərinə yükləndiyində o insan Allaha sığınacaq, çox diqqətli olacaq.
“Ve dedi ki: “Rəbbinizin sizə’“, iblis Allaha hörmətlə xitab edir “Rəbbinizin sizə bu ağacı qadağan etməsi, yalnız sizin iki mələk olmamağınız və ya əbədi yaşayanlardan qılınmamağınız üçündür.” Yəni “əbədi yaşamağınızı əngəlləmək üçün belə bir vəziyyət var” deyir. Allahın bu ağacdan uzaq dayanmağı istəməsinin səbəbi: “sizin əbədi yaşamağınızı istəmədiyi üçündür. Amma yesəniz, əbədi yaşayacaqsınız” deyir. Ağacı yaradan Allahdır, əbədi yaşamağı yaradacaq olan da Allahdır. Axmaq şeytan və münafiqlər də belədirlər, Allahın öz qanununa güc çatdıra bilməyəcəyinə inanırlar. Öz qanununu idarə edə bilməyəcəyinə inanır. Yəni o ağacdan yesə, “bir daha Allah onu, özünü idarə edə bilməz” deyir.
“Və həqiqətən, mən sizə öyüd verənlərdənəm deyə and da içdi”, münafiq dini ifadələrdən istifadə edər, münafiqlər öyüd verməyə də çox maraqlı olarlar. Daha inandırıcı olmaq üçün də, and içərlər. Hər kəsə öyüd verərlər, mənim məqsədim səni qurtarmaqdır, yaxşılıq etməkdir. “Həqiqətən, mən sizə öyüd verənlərdənəm”, tam münafiq üslubudur. “deyə and da içdi”, inandırmaq üçün Allahın adından istifadə edir.

