Ayə izahı: Əraf surəsi, 196

Əraf surəsi, 196-cı ayə; “Heç şübhəsiz, mənim vəlim Kitabı endirən Allahdır.” Bizim vəlimiz

Əraf surəsi, 196-cı ayə; “Heç şübhəsiz, mənim vəlim Kitabı endirən Allahdır.” Bizim vəlimiz kimdir? Allahdır. “O salehlərin qoruyuculuğunu (vəliliyini) edir.” Mehdiyyətin, Mehdi (ə.s) tələbələrinin, İsa Məsih (ə.s)-ın tələbələrinin, İsa Məsih (ə.s)-ın, İslam Birliyi könüllülərinin, İslam Birliyi aslanlarının himayədarlığını edir. “Ondan başqa tapındıqlarınız isə nə sizə, nə də özlərinə kömək edə bilməzlər.” Baxın Avropa Birliyi çökür, Amerika da çökür. İqtisadi böhranla parçalanırlar, inşaAllah.

“Əgər onları doğru yola çağırsanız eşitməzlər. Onları sənə baxar (kimi) görərsən, onlar görməzlər belə.” Öküz kimi baxır, boş-boş. Məhz mal dediyim, odun dediyim bunlardır. Baxın, nə deyir ayədə? “Onları sənə baxar (kimi) görərsən, halbuki, görməzlər belə.” Yəqin ki, baxmısınız qoyunlara, boşluğa doğru baxarlar, öküz də elədir. Boşluğa doğru baxar, bir mənası olmaz. Bunlar da elədirlər, bomboş, öküz kimi adamdırlar.

“Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz çevir!.” Müsəlman həmişə bağışlayacaq. “yaxşı işlər görməyi əmr et.” Yəni nəzakəti ilə, gözəl əmr et. “Cahillərdən də üz çevir.” Yəni cahillərin təsirində qalma, onların istiqamətləndirməsi ilə, onların müsəlmanları passivləşdirməsinə, gücünü qırmasına əhəmiyyət vermə.

“Əgər sənə şeytandan bir vəsvəsə (və ya başdan çıxarma) gəlirsə.” Yəni internetdə məsələn, müsəlmanlığı, İslam Birliyini, Mehdiyyəti gözdən salan, şövqünüzü qıran, mehdiyyətə qarşı insanları passivləşdirən, gücünü qıran hər hansı bir vəsvəsə gəlirsə; “dərhal Allaha sığın. Çünki O, eşidəndir, biləndir. (Allahdan) çəkinənlərə şeytandan bir vəsvəsə gldiyində (əvvəl) yaxşı düşünərlər.” Bu vəziyyətdə, “Qurana görə bütün güc Allahındır”, demək lazımdır. Allah, əlamətləri də göstərir, darvinizm, materializm çökür. İslam Birliyi irəliləyir. Türk aləmi birləşmə mərhələsindədir, İslam aləmi birləşmə mərhələsindədir, inşaAllah.