Ayədə Allah Quran oxunmağı və namaz qılmağı əmr etmişdir. Quran hər şeyi yaradan Allahın sözüdür, möminlərə yol göstərən və rəhbərdir. Uca Allah Quranı iman edənlərin anlaya biləcəyi bir Kitab olaraq göndərmişdir. Namaz isə möminlərə həyatı boyunca etmələri əmr olunmuş və vaxtları bəlli ibadətdir. Gündə üç dəfə qılınan namaz, insanlardakı unutqanlıq və qəfləti yox edir, möminin şüurunu, imani şövqünü və iradəsini artırır. Möminin davamlı olaraq Allaha yönələlməsini təmin edir və Yaradıcımız olan Allahın əmrlərinə uyğun yaşamasına kömək edir. Namaz qılmaq üçün Allahın hüzurunda dayanan insan Allah ilə güclü mənəvi əlaqə yaradır. Rəbbimizin hüzurunda dayandığımız zaman yalnız Onu xatırlamağımızı, Onu ucaltmağımızı və bütün nöqsanlardan uzaq tutmağımızı istəyir. Namaz mütləq huşu içərisində qılınmalıdır.
Allah ayədə Onu zikr etmək üçün namaz qılınmasını buyurmuşdur. Namazda huşu ilə Allaha yönələn insanın imanda dərinliyi, səmimiyyəti, ixlası və Rəbbimizə olan yaxınlığı artır. Bununla birlikdə Allah onu əxlaqi baxımdan da çox gözəlləşdirir, ürəyində pis fikirlərə yer qalmır. Belə bir insanın isə din əxlaqına uyğun olmayaraq hərəkət etməsi Allahın izni ilə, mümkün deyil. Ayədə bəhs edilən kimi namaz qılan insan bütün çirkin işlərdən və pis əməllərdən çəkinir.
Ayədə möminlərin həyatının hər anında Allahı zikr etmələri bildirilmişdir. Möminlər üçün Allahı zikr etmək, “ən böyük ibadət”dir. Möminlər həyatı boyunca bunu dərk edərək hərəkət edirlər. Allahı zikr etmələri isə düşünərək və bu düşüncələrini dilə gətirərək olur. Allahı, onlara verdiyi nemətləri tək-tək düşünür və nə qədər böyük rəhmət içində olduqlarını dərk edərək Allaha şükür edirlər. Əlbəttə ki, uca Allah bütün insanlara şah damarından daha yaxındır və bütün yaratdıqlarını rəhməti altında saxlamışdır.

