Ənkəbut surəsi 43. “Məhz bu nümunələr, biz bunları insanlara veririk.” Bu nümunələri veririk. “Ancaq alimlərdən başqası bunları anlaya bilməz.” Deməli, müsəlmanlar alim olmağa çalışacaqlar, savadlı olmağa çalışacaqlar. Biologiya olsun, tibb olsun, hər mövzuda çox geniş tədqiqat aparacaqlar. Məsələn, Allah nümunə olaraq deyir ki;
Allahın xaricində başqa vəlilər edənlərin nümunəsi, özünə ev quran hörümçək nümunəsinə bənzəyər. Həqiqət budur ki, evlərin ən dözümsüz olanı hörümçək evidir; bir bilsəydilər. Allah, Öz xaricində hansı şeyə tapındıqlarını şübhəsiz, bilər. O, güclü və üstün olandır, hökm və hikmət sahibidir. Məhz bu nümunələr; Biz bunları insanlara veririk. Ancaq alimlərdən başqası bunları anlaya bilməz. (Ənkəbut surəsi, 41)
Müsəlman hörümçəyin həyatını, yuvasının quruluşunu bilməlidir, araşdırmalıdır. O zaman bir ümumi biliyə sahib olmuş olar; dərin məlumata, qavrayışa sahib olmuş olar. “Allah göyləri və yeri haqq olaraq yaratdı. Şübhəsiz, bunda iman edənlər üçün bir ayə vardır.” “Göyləri və yeri də araşdırın” deyir Allah.
“Sənə Kitabdan vəhy ediləni oxu,” yəni Quranı oxu və Qurana görə hərəkət et. Quranın xaricində xurafatlara girmə, “və namazı doğru qıl”. Yəni namazı Allahın bizə Quranda öyrətdiyi kimi və zamanında qıl. “Həqiqətən namaz, çirkin utanmazlıqlar (fahşa)dan,” yəni qeyri-qanuni hər şeydən, “və pisliklərdən çəkindirər.” Yəni haram olan hər cür, hərəkətdən qoruyar. “Allahı zikr etmək isə şübhəsiz, ən böyükdür (ibadətdir). Allah, etdiklərinizi bilir.” “İçlərində zülm edənləri xaric olmaq üzrə, Kitab əhliylə ən gözəl olan bir tərzin xaricində mübarizə etməyin.” Yəni “xristian və musəvilərlə ən gözəl bir tərzin xaricində təbliğ etməyin. Çox gözəl və nəzakətli, yaraşan bir üslub istifadə edin.”
“Və deyin ki: “Bizə və sizə endirilənə iman etdik;” yəni “Tövrata, İncilə, Qurana iman etdik.” “Bizim İlahımız da, sizin İlahınız da birdir.” Yəni, “sizin Allahınız da bizim Allahımız da eynidir. Tək Allaha inanırıq.” “Və biz Ona təslim olmuşuq.” “Bundan əvvəl sən heç kitab oxuyan deyildin və onu sağ əlinlə də yazmırdın.” Yəni “ümmiydin” deyir Allah. Hz. Mehdi (ə.s) də ümmidir. Onun da dini təhsili olmayacaqdır. O da ərəbcə oxuyub-yazmağı bilməyəcək. “Belə olsaydı, batilə uyanlar, batildə olanlar şübhəyə qapılardılar.” Yəni bilsəydin, “batilə qapılanlar şübhəyə qapılardılar, amma bilməməyin sənin üçün bir üstünlükdür” deyir Allah. Yəni “xüsusi bir səbəblə Mən onu yaratdım” deyir. “Ki, sənin vəhyi almanda, Quranı izah etməyində heç bir müdaxilə olmadığını anlamaları üçün.” inşaAllah.

