Ayə izahı: Ənfal surəsi, 62-63

Allah imanlı, səmimi qullarına qarşılaşdıqları hər cür vəziyyətdə Özünə güvənmələrini söyləyir

Allah imanlı, səmimi qullarına qarşılaşdıqları hər cür vəziyyətdə Özünə güvənmələrini söyləyir. Necə ki, bütün peyğəmbərlər Allahın dinini izah edərkən bir çox çətinliklə qarşılaşmış, xitab etdikləri insanlar çox vaxt onlara düşmənlik edərək qarşı çıxmışlar. İndiki zəmanədə də bunun şahidi oluruq. İnsanlara Quran həqiqətlərini, Qurandakı həqiqi islamı izah edirik amma məzhəb xurafatlarından inadla (dərk etmədən) əl çəkməyənlər ayələrə qarşı gələr, atalarından qalma dinlərində qalmağa çalışırlar. Allahın açıq hökmlərini görməzdən gələr, məzhəblərin saxta hədis və uydurma rəvayətlərinə üstünlük verərlər.

Tarixdə elçilər Allahın birliyini, Onun əmr və qadağalarını izah etmə mövzusunda hər zaman cəsur və qərarlı olmuşlar. Həmişə Allahı vəkil tutmuş, yalnız Onun rizasını axtarmışlar. Zombiləri (ölüləri) razı salmaq zatən qeyri mümkündür, məsələ milyonlarla zombi içindən nadir olan ruh sahiblərini tapmaq və onların iman və hidayətlərinə vəsilə olmaqdır, inşaAllah.

Allah dininə kömək edənlərə kömək edəcəyini Quranda bizlərə bildirmişdir. Əlbəttə ki, möminlərin qarşısında onlara qarşı mübarizə aparan, şeytanı izləyən birliklər daim olur. Bu birliklər möminlərə mane olmaq üçün geniş əhatəli planlar qura bilirlər. Təhqir və böhtanlarla möminlərin şövqlərini qırmağa çalışırlar. Amma heç bir zaman istədikləri olmur. Onların güvəndiyi şeylər Allahın gücü və sonsuz ağlı yanında etibarsızdır. Allah qurduqları hər planı ən incə detalına qədər bilən və görəndir. Allah küfrün tələlərini pozur. Allah Özünü dost etmiş, səbirli və qərarlı möminlərə kömək edir. Ən gözəl nəticə ilə möminləri müvəffəqiyyətə qovuşdurur. Bu, son dərəcə metafizik, əsla inkarçıların anlaya bilməyəcəyi və sahib ola bilməyəcəyi böyük bir gücdür. Mütəvəkkil möminlər bu sayədə maddi və mənəvi cəhətdən böyük qüvvət qazanmış olurlar…

I … Allah Quranda yalnız Özünə yönələn qullarının qazandığı güclə əlaqədar ayələrdə belə buyurur:

Yaxşı əməl sahibi olub özünü Allaha təslim edən şəxs ən möhkəm dəstəkdən yapışmış olar. Bütün işlərin sonu Allaha qayıdır. (Loğman surəsi, 22)

(Bəzi) adamlar onlara: “Camaat sizə qarşı (ordu) toplayıbdır, onlardan qorxun!”– dedilər. Bu, onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O, nə gözəl qoruyandır!”– dedilər. (Ali-İmran surəsi, 173)

Allahı vəkil tutmalarının qarşılığı isə hər zamankı kimi zəfər olmuşdur. Ayələrdə belə buyurulur:

Onlar özlərinə heç bir pislik toxunmadan Allahın neməti və mərhəməti sayəsində geri döndülər və Allahın razılığına tabe oldular. Allah böyük lütf sahibidir. (Ali-İmran surəsi, 174)

O, məşriqin və məğribin Rəbbidir. Ondan başqa məbud yoxdur. Elə isə Onu himayəçi götür! (Müzzəmmil surəsi, 9)

De: “Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O, bizim himayədarımızdır. Qoy möminlər Allaha təvəkkül etsinlər!” (Tövbə surəsi, 51)