Ayə izahı: Ənfal surəsi, 73

Ənfal surəsi, 73-cü ayə

Ənfal surəsi, 73-cü ayə. “İnkar edənlər bir-birlərinin vəliləridir”, mütəşəkkil hərəkət edərlər, dünya səviyyəsində bir-birlərini qoruyub, müdafiə edərlər. Məsələn, darvinist, materialist olan insanlar. Dünyanın harasında olsalar da, bir-birlərini dəstəkləyirlər. Çünki hamısı qara klana və Dəccala tabedirlər. Bütün dünya səviyyəsində bir-birlərini qoruyarlar, mütəşəkkil hərəkət edərlər. Hər hadisədən hamısının xəbəri olar, birinə zərər gəldikdə hamısı birlikdə onu qurtarmağa çalışarlar. Öz düşüncələrinə zidd düşüncə olduqda isə, məsələn anti-darvisint bir hərəkət olduqda da dünya səviyyəsində hamısı ittifaq edərlər.

“Əgər siz bunu (bir-birinizə kömək etməz və dost olmazsanız) etməsəniz”, bir-birinizi dünya səviyyəsində qoruyub müdafiə etməsəniz və dəstəkləməsəniz, tək bədən hərəkət etməsəniz, qardaşca hərəkət etməsəniz, dost olmasanız, İslam Birliyini meydana gətirməsəniz, “bütün yer üzündə, dünyada fitnə meydana gətirərəm” deyir, Allah. Yəni “böyük əziyyət çəkərsiniz. Fitnə və arxasından da böyük fəsad olar. İşğala məruz qalarsınız, kasıblığı üstünüzə salaram, bir-birinizə düşərsiniz, çökərsiniz. Sizin hamınızı məğlub edərəm. Küfrə, dəlalətə, ateistlərə, darvinistlərə, materialistlərə sizi əzdirərəm və məğlub olarsınız, itirərsiniz” deyir.

“İman edənlər, hicrət edənlər və Allah yolunda cəhd edənlər (səy göstərənlər), onları saxlayanlar və kömək edənlər, məhz həqiqi mömin olanlar bunlardır”. Möminlər əxlaqıdır bu: Hicrət edib gələn bir müsəlmana kömək edir. Allah müsəlmanları tək bir birlik olaraq qəbul edir. “İman edəcəklər, hicrət edirlər Allah yolunda bir yerdən başqa yerə gedirlər. Allah yolunda cəhd göstərirlər, müsəlmanları saxlayırlar, onlara kömək edirlər. Həqiqi mömin bunlardır” deyir, Allah. Məsələn Türkiyə Suriyadan gələn milyonlarla immiqranta kömək olur.

“Onlar üçün bağışlanma və üstün bir ruzi vardır”. “Zəngin edərəm” deyir Allah. Çox ruzi. “Qıtlıq olmaz, iqtisadi böhran olmaz. Bağışlayaram, bəladan xilas olarlar, fərahlıq olar. Yoxsa əksinə olar, ruzinizi kəsərəm. Sürünərsiniz” deyir, Allah. Son illərdə Türkiyənin bu qədər inkişaf etməsi, hərbi, iqtisadi, siyasi inkişafı və dünya miqyasında nüfuzunun artma səbəbi, inşaAllah.