Ayə izahı: Ənbiya surəsi, 69

Ənbiya surəsi, 68-ci ayə, “Dedilər ki, “Əgər bir şey edəcəksinizsə, onu yandırın və

Ənbiya surəsi, 68-ci ayə, “Dedilər ki, “Əgər bir şey edəcəksinizsə, onu yandırın və ilahlarınıza kömək edin”. Münafiqlərin artıq qəzəbinin şiddətini göstərir, yəni hər hansı bir ölüm deyil, yandıraraq ən faciəvi şəkildə öldürmək istəyirlər. Bu hz. İbrahim (ə.s)-a duyulan kinin ən üst səviyyəyə çıxdığını göstərir. Ağlasığmaz kin və nifrət meydana gəlmişdir, dəhşətli bir qəzəbdir. Xurafatçılar və münafiqlər hər zaman İman edənlərə qarşı da belə ağlasığmaz qəzəb və kin duyarlar.

“Biz də dedik ki; “Ey atəş İbrahim (ə.s)-a qarşı soyuq və zərərsiz ol” (Ənbiya surəsi, 69), yəni hz. İbrahim (ə.s) yanmır, yanmayacaq, xilas olacaq, inşaAllah və xilas oldu. “Ona bir tələ qurmaq istədilər, lakin Biz onları daha çox müsibətlərə düçar etdik”, o qurduqları tələni təpələrinə çevirdim” deyir Allah.

Hz. İbrahim də bütün bütpərəst qövmünü təkbaşına qarşısına almışdı. Rəbbimizin “İbrahim özü bir ümmət idi…” (Nəhl surəsi, 120) şəklində təriflədiyi Hz. İbrahimin qarşısına aldığı adamların arasında öz atası da vardı. O, əlləri ilə yonduqları daş və taxta parçalarından ibarət olan bütlərin heç bir zaman tanrılıq vəsfinə sahib olmayacağını, yeganə ilahın Allah olduğunu səbirlə izah etmişdi. Bütün cəmiyyətə bu şəkildə qarşı çıxaraq dinlərinin batil olduğunu anlatması və düşmənçilik göstərən insanlarla gözəl bir şəkildə mücadilə etməsi Hz. İbrahimin Allaha olan güclü imanını, təvəkkülünü, təslimiyyətini, səmimiyyətini və üstün xarakterini göstərir. Hz. İbrahim Allaha olan güclü imanı sayəsində cəsur və qətiyyətli bir adamdır. Onun cəsur xarakteri qövmünə söylədiyi bu sözlərdən açıqca görünür:

Qövmü onunla mübahisəyə girişdi. (İbrahim) dedi: “Allah mənə doğru yolu göstərmişkən siz Allah barəsində mənimlə mübahisəmi edirsiniz? Rəbbimin hər hansı bir şeyi diləməsi istisna olmaqla, mən Ona şərik qoşduqlarınızdan (bütlərdən) qorxmuram. Rəbbimin elmi hər şeyi əhatə edir. Hələ də düşünüb ibrət almırsınızmı? Siz (Allahın) heç bir dəlil nazil etmədiyi şeyləri (bütləri) Allaha şərik qoşmaqdan qorxmazkən, nə üçün sizin şərk qoşduqlarınızdan qorxum?! Əgər bilirsinizsə, (deyin görək, bu) iki qrupdan hansı əmin-amanlıqda olmağa daha layiqdir? (Ənam surəsi, 80-81)