Ayə izahı: Ənbiya surəsi, 62-63

Bəzi insanlar vardır, mübarizə aparar, amma avam və ağılsız şəkildə edər

“Ey İbrahim! İlahlarımıza bunu sənmi etdin?” – dedilər. İbrahim dedi: “Xeyr, bunu onların bu böyük olanı etmişdir. Əgər danışa bilirlərsə, özlərindən soruşun!” (Ənbiya surəsi, 62-63)

Bəzi insanlar vardır, mübarizə aparar, amma avam və ağılsız şəkildə edər. Hz. İbrahim (ə.s)-ın çox ağıllıdır, maşaAllah. “Xeyr” dedi”, baxın takiyə edir, bu yalan deyil. Allahın rizası üçün takiyə etmək olar, amma heç vaxt dünyəvi məqsəd daşımasın gərək. “Xeyr” dedi. “Bu etmişdir, bu onların böyükləridir, əgər danışa bilirsə ondan soruşun”, deməli, bütü alçaltmaq, hörmətdən salmaq ağıllı bir metodla edilməlidir və ağıllı olmaq lazımdır.

“Həqiqət budur ki, zalım olanlar sizlərsiniz” dedilər”, (Ənbiya surəsi, 64) yəni özlərinin zalım olduqlarını anlayırlar. İnkarçıların inad etmələri əhəmiyyətli deyil, vicdani olaraq həqiqətən zalım olduqlarını özləri başa düşürlər. Yəni “zalımlıq edirik, həqiqətən dürüst deyilik” deyirlər.

Sonra öz inanclarına (küfrlərinə) qayıtdılar (və belə dedilər:) “Sən də yaxşı bilirsən ki, bunlar danışa bilmirlər”. İbrahim dedi: “Elə isə, hələ də Allahı qoyub sizə nə bir xeyir, nə də bir zərər verə bilən şeylərəmi ibadət edirsiniz? (Ənbiya surəsi, 65-66)

Hz. İbrahimin bu hadisədə ortaya qoyduğu hərəkətlər incə bir planı və hikməti göstərir. Qövmünə “xəstəyəm” deyərək onları yanından uzaqlaşdırmış və beləcə özünə rahat fəaliyyət imkanı yaratmışdır. Sonra bütləri qırmış, amma ən böyük olan bütə toxunmamışdı. Bunu bütlərin qırıldığını görən qövmünün verəcəyi reaksiyanın nədən ibarət ola biləcəyini düşünərək etmişdi. Hz. İbrahimin qurduğu bu tələ onun Allahın vəhyi ilə hərəkət edən üstün ağıl və bəsirət sahibi bir elçi olduğunu bizlərə göstərir. O, Allahın ilhamı ilə çox hikmətli bir tələ qurmuş və Allahın izni ilə çox gözəl nailiyyət əldə etmişdi. Bütləri qırdıqdan sonra bunun ən böyük büt tərəfindən edildiyini söyləməklə qövmünü öz inancını hesaba çəkməyə yönəltmişdi.