Ayə izahı: Ənbiya surəsi, 45

De ki: Mən sizi yalnız vəhy ilə xəbərdar edib-qorxuduram.” Yəni Quran ilə xəbərdar edib

“De ki: Mən sizi yalnız vəhy ilə xəbərdar edib-qorxuduram.” Yəni Quran ilə xəbərdar edib qorxuduram. “Ancaq kar olanlar, xəbərdar edildiklərində çağırışı eşitməzlər.” (Ənbiya surəsi, 45) Məsələn, biz də insanlara izah edirik, başa salırıq; İslam Birliyi yaranacaq, bu Quranın əmridir, deyirik. Nə desək də, onlar sanki ölü məntiqiylə, bitmiş bir ruhla, ümidsiz bir ağılla, öz ağıllarında davam edirlər. Bu da Axırzamanın bir xüsusiyyətidir.

“And olsun, onlara Rəbbinin əzabından “kiçik bir şey toxunacaq olsa” Allah bəlalarını versə, hər hansı bir şəkildə rüsvay olsalar; “heç müzakirəsiz; “Vay halımıza, həqiqətən biz zalım olmuşuq” deyəcəklər.” Bəlanı görəndə peşman olub anlayarlar deyir Allah. Və bu tip üslub istifadə edənlər; “heç müzakirəsiz “Vay halımıza, həqiqətən biz zalım olmuşuq” (Ənbiya surəsi, 46) deyəcəklər. Həqiqətən, bəla gəldikdə bu tiplərin yumşaldığını, dəyişdiyini, üslublarını yumşaltdıqlarını görürük. Əvvəlki azğınlıqlarının qalmadığını görürük.

“And olsun, Biz Musaya və Haruna, təqva sahibləri üçün bir aydınlıq və bir öyüd (zikr) olaraq, haqq ilə batili bir-birindən ayıran (furqan)ı verdik.” (Ənbiya surəsi, 48) Tövrat. Məsələn, xurafatçılar əvvəlki ilahi kitabları oxumazlar, araşdırmazlar, diqqətə almazlar, halbuki, Allah Quranda Tövratı tərifləyir. “And olsun, Biz Musaya və Haruna, təqva sahibləri üçün bir aydınlıq və bir öyüd” bir nur, “bir öyüd (zikr) olaraq, haqq ilə batili bir-birindən ayıran (furqan)ı” Tövratı “verdik” deyir Allah.

“Onlar, Rəblərinə qarşı qeyb ilə (Onu görmədikləri halda) qorxu içindədirlər.” Allahın heybətinin təsiri altındadırlar. Allah qorxusu içindədirlər, “və onlar, qiyamət saatından içləri titrəməkdə olanlardır.” (Ənbiya surəsi, 49). Bəziləri deyir qiyamətdən bəhs etməyə ehtiyac yoxdur, insanın ölümü onsuz da qiyamətdir, boş verin qiyaməti, Mehdi (ə.s)-ı, dəccalı, biz imanımızı qurtarmağa baxaq deyirlər. Bunların hamısı onsuz da iman həqiqətidir, yəni imanın rüknləri bunlardır.