Ayə izahı: Ənbiya surəsi, 105

And olsun, Biz zikrdən sonra Zəburda da”

“And olsun, Biz zikrdən sonra Zəburda da”. Ayənin bu hissəsində Allah, Qurandan əvvəl endirdiyi digər Müqəddəs Kitablara xüsusi diqqət çəkir. Allah Hz. Davuda (ə.s.) endirdiyi (Əhdi Ətiqdə yer alan) Zəburda da, ondan əvvəl Hz. Musaya (ə.s.) endirdiyi Tövratda da eynilə Quranda olduğu kimi Axırzamana və Hz. Mehdiyə (ə.s) işarələr olduğunu ifadə edir.

Həqiqətən də Quranla birlikdə digər Müqəddəs Kitablara baxdıqda (Tövrat, Zəbur və İncil) Axırzaman və Hz. Mehdiyə (ə.s.) baxan açıq ifadələrə rast gəlmək olar.

“Şübhəsiz ərzə saleh qullarım varisçi olacaq”. Allah bu Kitablarda səmimi, Özünə könüldən bağlı, səbirli, Rəbbinə boyun əymiş, əmrinə tam təslim olan saleh qullarını mütləq yer üzünə hakim edəcəyini müjdələyir. Tövratın da bir çox yerində açıq bir şəkildə Axırzamana və Hz. Mehdiyə (ə.s.) işarə edən ifadələr var.

Məsələn Tövratda hakimiyyətin Allahdan qorxanlara vəd edildiyi belə bildirilir:

  • Əgər Allahın Rəbbin əmrlərinə tabe olarsansa və Onun yollarında getsən,… sizə söz verdiyi ölkədə bolluq içində yaşamanızı təmin edəcək: Rəhminizin meyvəsi müqəddəs hesab ediləcək, heyvanlarınızın balaları, torpağınızın məhsulu məhsuldar olacaq. Rəbb ölkənizə yağışı zamanında yağdırmaq və bütün əməyinizi məhsuldar etmək üçün, göylərdəki zəngin xəzinəsini açacaq. Bir çox xalqa borc verəcəksiniz, siz borc almayacaqsınız və əgər bu gün sənə əmr etdiyim Allahın Rəbbin əmrlərinə tabe olmaq və icra etmək üçün onları dinləyərsənsə və başqa ilahlara qulluq etmək üçün onların ardınca getməklə, bu gün sənə əmr etdiyim bütün sözlərdən sağa-sola azmazsansa, Rəbb səni quyruq yox, baş edəcək və yalnız üstün olacaq, alt olmayacaqsan. (Qanunun Təkrarı, 28:9-14)
  • Rəbdən qorxan o adam kimdir?… Canı yaxşılıqda oturacaq, onun soyu yer üzünün varisi olacaq. Rəbbin sirri ondan qorxanlarla olacaq… (Məzmurlar, 25:12-14)

Yenə də Tövratda Allaha təvəkkül edən, təvazökar, Allaha olan imanı güclü insanların hakimiyyətə və Allahın nemətlərinə varis olduqları bildirir:

  • Sən Rəbbə güvən və yaxşılıq et… Rəbdən zövq al, O, sənin içindəki istəkləri yerinə yetirəcək. Hər şeyi Rəbbin öhdəsinə burax, Ona güvən. Rəbbə ümid bağlayanlar yer üzünün varisi olacaqlar… təvazökarlar ölkəni miras alacaq, dincliyin zövqünü dadacaq. (Məzmurlar, 37:3-11)
  • Təvazökarlara gəlincə, onlar yer üzünün varisi olacaqlar… Pislərin biləkləri qırılacaq və Allah doğruların dayağıdır. Allah salehlərin günlərini bilir və onların mirası əbədi olacaq. (Məzmurlar, 37:11, 17-18)
  • Yer üzünün dörd tərəfi xatırlayıb Rəbbə dönəcək, xalqların bütün soyları Onun qarşısında yerə bağlanacaq. Çünki hakimiyyət Rəbbindir… (Məzmurlar, 22:27-28)

Ancaq Hz. Süleyman (ə.s.) dövründə yaşanan hakimiyyət xaricində, Quranda və Tövratda bildirildiyi şəkildə İslam əxlaqının bütün dünyaya hakim olduğu, inananların rahat və hüzur içində ibadət etdikləri, müsəlmanların böyük bir rifah və bolluq içində yaşadıqları belə bir dövr hələ olmamışdır. Peyğəmbərimiz (s.ə.v.) dövründə İslam əxlaqı ancaq müəyyən bir bölgədə hakim olmuş və inkişaf etmişdir. Peyğəmbərimizdən (s) rəvayət edilən hədislərə baxdıqda belə bir hakimiyyətin Hz. Mehdi (ə.s.) dövründə yaşanacağı, onun dövründə böyük bir bolluq və bərəkət olacağı, iman edənlərin birləşəcəyi, Allahı inkar edən fikir sistemlərinin tamamilə təsirini itirəcəyi hakimiyyət dövründən bəhs edildiyi görünür.

(Hz. Mehdinin (ə.s.) dövründə) TORPAQ ÖZ XƏZİNƏLƏRİNİ ÇIXARDACAQ. (Mikyaal al-Makaarim, cild 1, səh. 46)

(Hz. Mehdi (ə.s.) dövründə) Torpağın GİZLİ XƏZİNƏ VƏ MƏDƏNLƏRİ ortaya çıxacaq. İnsanlar bu xəzinələri həqiqətən də yer üzərində görəcəklər. (Bihar-ül Envar, cild 52, səh. 337)

(Hz. Mehdi (ə.s.) dövründə) GÖYDƏN RƏHMƏT YAĞACAQ. AĞACLAR ÇİÇƏKLƏRLƏ BÜRÜNƏCƏK VƏ TORPAQ YAŞILLIĞINI sərgiləyəcək. (Bihar-ül Envar, cilt 52, səh. 316)

İmam Mehdinin (ə.s) hökuməti (mənəvi hakimiyyəti) əsnasında PROSPEKTLƏR ÇOXALACAQ (yəni küçələr çox böyük və geniş olacaq). (Bihar-ül Envar, cild 52, səh. 333)

(Hz. Mehdi (ə.s.) dövründə) SELLƏ DOLUB-DAŞAN ÇAYLAR HƏR YERƏ AXACAQ VƏ SU, HƏR KƏS ÜÇÜN İSTİFADƏ EDİLƏ BİLƏN və müxtəlif olacaq. (Muntakhab al-Asar, səh. 157)

O çağda (Hz. Mehdi (ə.s.) dövründə) İRİBUYNUZLU HEYVANLARIN SAYI ARTACAQ və insanlar onlardan maksimum faydanı götürəcəklər. (Tarikh maa Bad al-Zuhoor, səh. 772)

İmam Zamanın (Hz. Mehdinin (ə.s.)) mübarək varlığı səbəbiylə, YAXŞILIQ VƏ NEMƏTLƏR GETDİKCƏ ARTACAQ. (Muntakhab al-Asar, səh. 157)

O çağda (Hz. Mehdinin (ə.s.) dövründə, CÜTÇÜLÜK VƏ ƏKİNÇİLİK MÜMKÜN OLA BİLƏCƏK ƏN ÇOX ƏKİNİ VERƏCƏK. BİR TOXUMDAN 700 ARTIM TƏMİN EDİLƏCƏK. (Eqd al-Dorar, səh. 159)

Üstəlik, Peyğəmbərimiz (s.ə.v.), Hz. Mehdinin (ə.s.) bu dövrdəki bolluq səbəbiylə insanlara hesabsız mal paylayacağını belə bildirir:

“…Cabir ibn Abdullahdan rəvayət edilmişdir; Rəsulullah (s.ə.v.) buyurdu ki, ümmətimin sonunda bir xəlifə gələcək, malı adətlə saymayacaq, ovucla ovuclayacaq.” (Səhih-i Müslim, 11/351)

Əbu Səid əl-Hudridən rəvayət edilmişdir: Rəsulullah (s.ə.v.) buyurdu ki: “Ümmətimdə Mehdi vardır, “İnsan ona gələcək və “ey Mehdi! mənə də ver, mənə də ver!” deyəcək. Mehdi də onu daşıya biləcəyi qədər yükləyər.” (Sünen-i Tirmizi, 4/93)