Ayə izahı: Ənam surəsi, 63

De: “Acizanə və gizlicə: “Əgər bizi bundan qurtarsan, əlbəttə ki, şükür edənlərdən olarıq” –

De: “Acizanə və gizlicə: “Əgər bizi bundan qurtarsan, əlbəttə ki, şükür edənlərdən olarıq” – deyə yalvardığınız zaman sizi qurunun və dənizin zülmətlərindən xilas edən kimdir?” Məsələn, bəzən xərçəng xəstəliyinə tutulur dua edir keçir, birdən təkrar başlayır, yenidən nizamı pozulur. Və yaxud bir qəzaya uğrayır, dua edir yol qəzasını dəf edir. Bu şiddətli bir haldır. Halbuki insanın başına belə bir şey gəldiyində Allaha daha şiddətli, daha qərarlı dönər. Amma bəzi insanlar tam tərs rəftar göstərərlər.

“De: “Ondan və bütün başqa sıxıntılardan sizi Allah xilas edir. Sonra siz yenə də şərik qoşursunuz”. Mən xilas oldum deyir, elə gözüaçıq, cəld idimki qurtuldum deyir. Çox yaxşı bir həkim tapdım deyir, yaxşı da pul verdim ən yaxşı xəstəxananı tapdım, məni qurtardılar deyir. Halbuki onu Allah qurtarar, ən yaxşı xəstəxanaların meyitxanaları doludur. Yəni hara xilas olursan, elə deyil? Hər gün oradan insan ölüsü çıxır.