Ənam surəsi 48-ci ayə, “Biz elçiləri” Mehdiləri “müjdə vericilər və xəbərdar edib qorxudanlar olmaqdan başqa bir səbəblə göndərmirik” Gələn Mehdilər, elçilər nə edirmiş? “Xəbərdar edib qorxudanlar və müjdə vericilər”, həm xəbərdar edir, həm cəhənnəmlə təhdid edir, Allahın əzabı ilə təhdid edir və müjdə verir, İslam Birliyi ilə hz. İsa Məsih (ə.s)-ın enişi ilə, xoşbəxtlik və sevinclə, bərəkət və bolluqla, zənginliklə, Qızıl Dövrlə, hamısından əhəmiyyətlisi Allahın razılığı ilə, inşaAllah.
“Bu halda kim iman etsə və davranışlarını düzəltsə, artıq onlar üçün qorxu yoxdur. Onlar kədərli də olmayacaqlar” Burada gizli bir sirr var. Quranın gizli sirridir. Yaxşı düşünəndə möcüzə ilə qarşı-qarşıya olduğumuzu anlayarsınız. “Bu halda kim iman etsə və davranışlarını düzəltsə”, yaxşı, səmimi, xalis bir müsəlman olsa, həqiqi müsəlman olsa, “artıq onlar üçün qorxu yoxdur. Onlar kədərli də olmayacaqlar” deyir Allah. Dünya hakimi olurlar. Kədərli olmaq deyil, əksinə bayram sevinci içində olurlar. Deməli, həqiqi müsəlmanlar meydana gəldiyində mütləq sevinc olur. Əsas problem iman zəifliyindədir, Allaha iman etməkdə zəiflik göstərməkdədir.

