Ayədə bildirildiyi kimi üstün din əxlaqı bir möminin bütün həyatına hakimdir. İman edən bir insan bütün həyatını Quran ayələrinə görə nizamlayar. Daimi olaraq oxuduğu və düşündüyü ayələri gündəlik həyatında tətbiq etməyə cəhd göstərər. Səhər oyanandan gecə təkrar yatana qədər etdiyi hər işdə Quran əxlaqına görə düşünməyə, danışmağa və hərəkət etməyə cəhd göstərir.
Ancaq din əxlaqı haqqında məlumat əksikliyi olan bəzi insanlar din əxlaqının, yalnız müəyyən vaxtlar və ibadətlərlə məhdud olduğunu zənn edər; həyatı böyük səhv ilə “ibadət zamanları” və “digər zamanlar” şəklində iki hissəyə ayırırlar. Allahı və axirəti, yalnız namaz qılacaqları, oruc tutacaqları, sədəqə verəcəkləri ya da həccə gedəcəkləri zaman xatırlayarlar. Günün və ilin digər vaxtlarında isə dünya işlərinə aludə olarlar. Dünya həyatı onlar üçün “dərdlərlə dolu qaça-qaçdır”dır. Bu insanların Quran əxlaqından uzaq, özlərinə xas həyatı, məqsədləri, əxlaq anlayışı, dünyagörüşləri və dəyər mühakimələri vardır. Aydındır ki, bu kəslər Quran əxlaqının həqiqətdə nə olduğundan və bu üstün əxlaqın necə yaşanacağından xəbərsizdirlər.
Quran əxlaqını özünə rəhbər edən bir insan isə, əlbəttə, bu düşüncədə olan insanlardan çox fərqli həyat yaşayar. Allahın yaratdığı taleyə tabe olduğunu unutmadan, Ona təslim olub güvənərək yaşayar. Heç vaxt çətinlik, narahatlıq, qorxu, ümidsizlik, pessimizm hiss etməz, çətinlik qarşısında təşvişə düşməz.
Qarşılaşdığı hər hadisəyə mütləq Allahın tövsiyə etdiyi və bəyəndiyi şəkildə qarşılıq verər. Hər sözü, hər qərarı, hər rəftarı Quran əxlaqını yaşadığının bir göstəricisidir. Ayədə bildirildiyi kimi həmişə Quran əxlaqını yaşamaqda məsuliyyət daşıdığını bilir. Buna görə də edəcəyi işlərdə məsul olduğunu bilərək, daha diqqətli və daha ciddi şəkildə maraqlanarkən, eyni zamanda Allahın razı olacağını ümid edərək hərəkət etməyə cəhd göstərir.

