Ayə izahı: Şəms surəsi, 1-10

Şəms surəsi, 1-ci ayə

Şəms surəsi, 1-ci ayə. “Günəşə və onun parıltısına and olsun, onu izlədiyi zaman aya,” Quranda işarə olunanlar araşdırmağımız üçün iman həqiqətləridir əslində. “Onu (Günəş) parıldadığı zaman gündüzə, onu örtdüyü zaman gecəyə,” Bu da başqa iman həqiqətidir. Youtube kanalımda yüzlərlə iman həqiqəti videoları hazırlayıb paylaşmışam, inşaAllah izləmək lazımdır. “Göyə və onu bina edənə, yerə və onu yayıb döşəyənə, nəfsə və ona “bir nizam içində forma verənə”, sonra ona fücurunu və ondan çəkinməyi ilham edənə,” deməli, insan pis əməl edəndə bunu bilir. Allah ayədə deyir; “sonra ona fücurunu və ondan çəkinməyi ilham edənə,” “fücurunu da ilham edirəm” deyir Allah, “ondan çəkinməyi də ilham edirəm.” “Mən bilmədim” sözü yoxdur. Bir insan pis əməl etdiyində bilir. Allah deyir ayədə; “Sonra ona fücurunu (sərhəd tanımaz günah və pisliyə olan meylini) və ondan çəkinməyi ilham edənə (and olsun).” Necə ki, deyirlər; “mən bilsəydim, etməzdim.” Nəyi bilmirsən? Çox yaxşı bilirsən. “Çəkinməyi bilmirdim.” Çəkinməyi də bilirsən, Allah ilham edir. Bir az danışandan sonra onsuz da etiraf edir.

“Onu təmizləyən həqiqətən, nicat tapmışdır.” Nəfsini təmizləyən “mən düz etmişəm” deməyəcək. Səhvini, qüsurunu səmimi qəbul edəcək. Və onu təmizləyəcək. Ona görə Allah deyir; “nicat tapmışdır,” qurtuluş tapmışdır. “Onu örtən də əlbəttə məhvə məruz qalmışdır.” İnsanlara səhvini deyirsən, “yox, bu məndə yoxdur;” “mən elə bir şey etmədim;” “məni səhv başa düşdüz.” Özünü müdafiə edir, həmişə nəfsini müdafiə edir. Ayədə, “örtənə də” deyir. “Əlbəttə məhvə məruz qalmışdır” deyir. Səhvlərini örtməyəcək, əksinə açacaq; “doğru deyirsən, Allah razı olsun. Səhv etdim, qüsurum var” deyəcək. Və yaxud da, “dediyini edərəm, amma demək ki, səhv olmuş; daha yaxşısını edəcəyəm, inşaAllah” deyəcək. “Məndə elə bir şey yoxdur” dediyin zaman, ayədə deyir; “onu örtüb-müdafiə edən də, əlbəttə, məhvə məruz qalmışdır.” Bədiüzzamanın ifadəsi ilə insan Fironlaşar, Allah qorusun.