Əhzab surəsi, 45-ci ayə. “Ey Peyğəmbər, həqiqətən, Biz səni bir şahid, bir müjdə verici və bir xəbərdaredici olaraq göndərdik.” Ayənin əbcədi 2034 tarixini verir. “Və Öz izniylə (Allahın icazəsiylə) Allaha çağıran və nur saçan bir çıraq olaraq (göndərdik).” Həmişə təbliğ edən, insanları İslama, Qurana çağıran, “və nur saçan” İslamı izah etdikcə, insanlarda rahatlıq, aydınlanma, hadisələrdə, dünyada bir işıqlanma, rahatlıq olduğu üçün, Allah onu o şəkildə ifadə edir, “nur saçan bir çıraq olaraq (göndərdik).” Bir aydınlıq, rahatlıq qaynağı olaraq göndərdik.
“Möminlərə müjdə ver; həqiqətən, onlar üçün Allahdan böyük bir fəzl vardır.” Bir əbcəd verir, 2005 tarixini verir. “Kafirlərə və münafiqlərə itaət etmə, əziyyətlərinə fikir vermə” Deməli, kafirlər və münafiqlər, onlara itaət etməyimiz üçün bizə təzyiq edəcəklər, biz isə itaət etməyəcəyik. “Əziyyətlərinə fikir vermə” itaət etmədiyimizdə bizə əziyyət edəcəklər, əziyyətlərinə də fikir verməyəcəyik, “və Allaha təvəkkül et.” Bunlardan narahat olmayacağıq, küfr bizə nə edər, insanlar bizə nə edər deməyəcəyik, təvəkkül edib, içimizdə bir rahatlıq olacaq.
“Vəkil olaraq Allah yetər.” Yəni özünü sıxmağa, qorxmağa ehtiyac yoxdur, narahat da olma, hər şeyi Allah ən gözəl şəkliylə yaradar, deyir Allah. O zaman möminin ürəyində gözəllik, rahatlıq olur. “Odur ki, sizi qaranlıqlardan nura çıxarmaq üçün sizə rəhmət edir; mələkləri də. O, möminləri çox əsirgəyicidir.” Allahın nə qədər mərhəmətli olduğunu, Allah vurğulayır. Deməli biz, qaranlıqlara da girəcəyik. Qaranlıqların içərisindən bizi nura çıxaracaq. Bütün dünya qaranlıqlar içərisində idi, İslam aləmi qaranlıqlar içərisində idi, Allah indi nura doğru çıxarır. Bütün dünya görür, imtahanın gərəyidir, “və sizə rəhmət edir” Allah, “rəhmət gözü ilə, rəhmət nəzəri ilə baxıram sizə” deyir, “və mələkləri də.” “Mələklər də sizləri qoruyur” deyir Allah. “O, möminləri çox əsirgəyicidir.” Bütün dünyada müsəlmanların əsirgənildiyini, qorunduğunu görəcəyik, inşaAllah.

