Ayə izahı: Əhqaf surəsi, 15

Allah Quranda həm ataya qarşı, həm də anaya qarşı göstərilən gözəl əxlaqın əhəmiyyətinə diqqət

Allah Quranda həm ataya qarşı, həm də anaya qarşı göstərilən gözəl əxlaqın əhəmiyyətinə diqqət çəkir. Valideynlər övladlarının gözəl təhsil alıb əxlaqlı olması, özünə və ətrafındakılara faydalı olması üçün böyük səy göstərirlər. İllər boyu bu məqsədlə maddi-mənəvi bir çox fədakarlıq edirlər. İnsan özünə verilən bu əməyi təqdir edə bilməli və bu fədakar əxlaqa hörmət və ehtiramla cavab verməlidir.

Ayələrdən də aydın olduğu kimi, Allah insanlara ana və ataya qarşı daim anlayışlı, şəfqətli olmağı bildirir. Bununla yanaşı, Allah ananın uşağı dünyaya gətirib böyütmək üçün böyük çətinliklərə sinə gərdiyini xatırladıb onun əməyinə də diqqət çəkir. (Loğman surəsi, 14).

Bununla yanaşı Allah, insanın ana və atasının göstərdiyi bu fədakarlıqlarını unutmamağı, onlara yaşlandıqda da eyni gözəl əxlaqı göstərməyi nəsihət edir. (İsra surəsi, 23-24).

“Nəhayət, o, yetkinləşib qırx yaşına çatanda” 40 yaş yetkinlik çağıdır, Peyğəmbərlərə əsasən 40 yaşında Peyğəmbərlik gəlir. Mehdi (ə.s) da 40 yaşında bu vəzifəyə gələr.

“(HZ. MEHDİ (Ə.S)) YAŞI 30 İLƏ 40 ARASINDA olduğu halda göndəriləcək… HZ. MEHDİ (Ə.S) mənim övladlarımdandır. 40 YAŞLARINDADIR.” (El-Kavlul Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 41)

“HZ. MEHDİ (Ə.S.) mənim nəslimdəndir. O 40 YAŞINDADIR. Sanki üzü parlaq bir ulduzdur…” (Əhməd ibn Yusif əl-Makdisi “Feraidu Fevaidil Fikr Fil İmam əl-Mehdi əl-Muntazar”)