Ayədə Rəbbimizin insanlara elçi göndərərək rəhmət etdiyi bildirilir. Hər cəmiyyətə xəbərdarlıq edən göndərilməsi Rəbbimizin Rəhman sifətinin təcəllisidir.
Sonsuz mərhəmət və şəfqət sahibi olan Rəbbimiz insanlara, özlərini xəbərdar edəcək, Allahın və axirətin varlığını, həyatın həqiqi mənasını bildirəcək elçilər göndərər. Elçilər insanları din əxlaqından uzaq həyatdan qurtarıb hidayətlərinə vəsilə olmaq üçün bütün imkanlarını sonuna qədər istifadə edərlər.
Allahın mübarək elçiləri dünya üzərindəki ən etibarlı, ən dürüst, ən gözəl xasiyyətli, ən üstün əxlaqlı, ən ağıllı, bəsirətli və fərasətli, ən cəsur, ən səbirli insanlardır. Elçilərin bütün insanlar üzərində etibar oyadan, xeyirli, səmimi və çalışqan insanlar olaraq yaradılmaları Allahın insanlara çox böyük bir lütfüdür. Göndərildikləri cəmiyyətə xeyir gətirən, onları Allahın yoluna dəvət edən nümunəvi əxlaqa sahib peyğəmbərlər, insanları Allahın ayələrindən xəbərdar, pis hərəkətlərdən məhrum etməkdə, yaxşılığı və doğruluğu tövsiyə edirlər. Dünya həyatının müvəqqəti olduğunu, sonsuz axirət həyatının isə həqiqi həyat olduğunu insanlara xatırlatmaqdır. Hər cəmiyyətə mütləq bir elçi göndərilməsi də Rəbbimizin insanlar üzərində bir rəhmətidir. Allahın elçisi vasitəsi ilə, axirət gününün varlığıyla xəbərdar edilib qorxudulmayan heç bir qövm yoxdur. Ayədə də bildirildiyi kimi hər cəmiyyət mütləq bir elçi vasitəsilə xəbərdar olunmuşdur.
Elçilərin, ətrafındakı insanların iman gətirdikdən, dünyada və axirətdə xoşbəxt olmalarından şəxsi heç bir mənfəətləri olmadığı halda, səmimi Allah qorxuları və üstün əxlaqı səbəbiylə həyatını Rəbbimizin bu əmrini ən gözəl şəkildə yerinə yetirmə səyi ilə keçirmişlər.

