“Bürcləri olan göyə and olsun,” Biz indi Dolça bürcü dövründəyik. Daha əvvəl Balıq bürcü vardı. Hz. Musa (ə.s)-ın yanında olan balıq suya girib, üzür. Balıq bürcü bitir. Dolçanı, Yusif (ə.s)-ı götürməyə gələn adamlar, dolçanı (vedrəni) aşağı salır. Allah dolçanı xüsusilə vurğulayır. “Dolçanı aşağı saldılar və Yusifi oradan götürdülər” deyir. Dolça dövründə Mehdi (ə.s) ortaya çıxır, inşaAllah. “Və o vəd edilən günə,” Mehdi (ə.s)-ın çıxış günü, İsa (ə.s)-ın eniş vaxtı, Qiyamət. “Şahid olana (görənə) və şahid olunana” şahid olan kimdir? Mehdi (ə.s)-dır, şahid olunan kimdir? Bütün müsəlmanlardır, inşaAllah. Eyni zamanda şahid olan xalqdır.
“Məhv olsun Əshabi-Uhdud, alovlanan-yanacaq dolu o atəş,” neftə işarə var. Axırzamanda müsəlmanları ümumiyyətlə, yandıraraq məhv edirlər, yaxud bombalayaraq yandırırlar. “Özləri (atəş xəndəyinin) ətrafında oturmuşlardı.” Məsələn, təyyarənin içərisində oturur, yaxud əmr mərkəzində otururlar, müsəlmanlar bombalanarkən, yandırılarkən uzaqdan izləyə bilirlər. Ayədə deyir: “’Alovlanaraq-yanacaq dolu o atəş, özləri (atəş xəndəyinin) ətrafında oturmuşlardı. Və möminlərə etdiklərini seyr edirdilər. ”Yəni bombalamağı, yandırmanı, yıxmanı seyr edirlər. Ekranda seyr edirlər.
“Şübhəsiz, iman edib saleh əməllər edənlərə gəlincə, onlar üçün altından çaylar axan cənnətlər vardır. Məhz böyük “qurtuluş və xoşbəxtlik” budur.” Həmişə Allah suya olan həsrətimizi, suya qarşı içimizdə bir sevgi meydana gətirmişdir. İnsanlar yay olduğunda həmişə dənizə qaçmaq istəyərlər, evin qarşısında mütləq bir su olsun istəyərlər, göl kənarı istəyərlər. İnsanın ruhunda su sevgisi vardır, bu, şüuraltında vardır. Evində heç olmasa hovuz olsun istəyər, fəvvarəli bir şey olsun istəyər. Onun üçün cənnətdə hər yerdə çaylar var, kiçik arxlar şəklində də var, böyük çaylar şəklində də var. Yəni su cənnət ilə iç-içədir, su və yaşıl ağaclar. Çox böyük bir gözəllik olaraq möminlərə təqdim edilmişdir, inşaAllah.

