Ayə izahı: Bəqərə surəsi, 11-12

Möminlər arasında fitnə çıxarmağa çalışmaq münafiqlərin ən əsas xüsusiyyətlərindən biridir

Möminlər arasında fitnə çıxarmağa çalışmaq münafiqlərin ən əsas xüsusiyyətlərindən biridir. “Fitnə” möminlərin birliyini, həmçinin Allah, Qurana və Peyğəmbərə olan sədaqətini pozmağa çalışılan hər cür danışıq və hərəkətdir. Münafiqlər yanlış yol tutduqlarına görə möminləri də bu yanlışlığa təhrik edirlər. Bunu etmək üçün xüsusilə çətin vəziyyəti fürsət kimi görürlər. Halbuki bu hədəflərinə heç vaxt çata bilməzlər. Çünki münafiqlərə möminlərin əleyhinə yol verməmək Allahın qanunudur.

Münafiqlər müsəlman adı altında özlərini sezdirmədən şeytana qulluq edirlər. İman gətirənləri azdırıb öz arxasınca sürükləmək şeytanın məqsədi olduğu kimi, münafiq də eyni düşüncə ilə müsəlmanların arasında fitnə çıxarıb onların haqdan üz çevirmələri üçün çalışır.

Möminlərin olduğu yerdə daim şövq və həyəcan vardır. Bir yerə toplaşdıqda hadisələrin xeyir yönündən bəhs edir, Allahın vədlərini müjdələyir və faydalı söhbətlər edirlər. Məsələn, təhlükədən və ya hər hansı mənfi hadisədən bəhs etdikdə bunun taledə olduğunu və xeyirlə yaradıldığını səmimi şəkildə qeyd edirlər. Münafiqlərdə isə bunun tam əksi olur və “kaş bunu etməyəydik”, “çox pis oldu” kimi ifadələr işlətməklə qəlblərindəki xəstəliyi danışıqlarında da gizlədə bilmirlər. Bu isə onların Allahın gücünü təqdir edə bilmədiklərindən qaynaqlanır.

Münafiqlər bu üslubla səmimi müsəlmanlara vəsvəsə verməyə çalışırlar. Allah möminləri bu təhlükəyə qarşı xəbərdar etmiş və Quranda vəsvəsə verənlərin şərindən bəhs etmişdir.

Münafiq gücsüz kimi gördükləri vaxtlarda möminləri sədaqətsizliyə, xainliyə və ümidsizliyə sürükləmək istəyir. Buna görə ətrafındakıları hiyləgərliklə özünə tərəf çəkməyə çalışır. Bunu edərkən iftira atmaq münafiqin əl atdığı yollardan biridir..

I … Quranda münafiqlərin “Bunları öz dinləri (məzhəbləri) aldatdı!” (Ənfal surəsi, 49) kimi ifadələrlə iman gətirənlərə vəsvəsə verməyə çalışacaqları xəbər verilmişdir. Münafiqlər möminlərin fərqində olmadığı həqiqətləri ağılsızcasına guya özlərinin bildiyini düşünürlər. Bunun bir nümunəsini Quranda xəbər verilən münafiq Samirinin “Mən onların görmədiklərini gördüm” (Taha surəsi, 96) sözü ilə hz. Musa qövmünü azdırmağa çalışmasında görə bilərik.

Münafiqlərin çətin anlarda fitnə çıxarmalarının bir səbəbi də, onlar belə vaxtlarda rahat hərəkət etmək fürsəti tapırlar. Samiri fitnəni yalnız hz. Musanın olmadığı və qövmünün yönləndirilməyə uyğun hala gəldiyi mühitdə çıxarmışdır. Doğru yoldan azan qövmün: “Musa yanımıza qayıtmayınca biz ona sitayiş etməkdən əl çəkməyəcəyik!” (Taha surəsi, 91) deməyi münafiqlərin fitnə çıxarmaq üçün qarışıq və çətin mühitlərə fürsət kimi baxdıqlarının əhəmiyyətli dəlilidir.

Hz. Məhəmmədin (s) dövründəki münafiqlərin də Peyğəmbərimizin və yanındakı möminlərin güclü olduğu müddət boyu fitnə çıxara bilmədikləri çox diqqət çəkicidir. Quranda münafiqlərin savaş mühitində möminlərin arasını vurmaq üçün qarışıqlıqdan istifadə etdikləri bildirilir.

Münafiqlər çətin və sıxıntılı vəziyyətlərdə möminləri tərk edib öz mənfəətlərini qurtarmağa çalışırlar. Lakin ayrılarkən də ikiüzlülük edib özlərini haqlı çıxarmağa cəhd göstərirlər. “Bizə zərər toxunmasından qorxuruq, Allaha təvəkkül edə bilmirik”, deyəməzlər. Bunun yerinə bəzi ağılsız bəhanələr irəli sürürlər.

Münafiqlər hər şeydə olduğu kimi, fitnə çıxaranda belə ikiüzlü davranırlar. Pis əməllərini yaxşı niyyətlə etdiklərini iddia edirlər. Əslində, münafiqlərin məqsədləri insanları şübhəyə salmaq, onların şövqünü qırmaq, fitnə çıxarmaq və onların gücünü zəiflətməkdir. Onlardan soruşduqda isə bunu yaxşı niyyətlə etdiklərini deyirlər. Ancaq Allah Quranda münafiqlərin səmimi olmadıqlarına bizə bildirir.