Onlar dedilər: “Qəlblərimiz qapalıdır!” Xeyr, Allah onları məhz küfrlərinə görə lənətləmişdir. Odur ki, onlar olduqca az inanırlar. (Bəqərə surəsi, 88)
Əvvəlki ayələrə baxanda başa düşülür ki, burada hz. Musa qövmünün, yəni musəvilərin arasından çıxan bir topluluğa xitab edilir. Həmin topluluğun lənətlənməsi isə ayədə açıq şəkildə bildirilir: İnkarlarından dolayı.
Onlar hz. Musaya xəyanət edən, əvvəlki ayələrdən anlaşıldığı üzrə, peyğəmbərləri belə öldürəcək qədər azğınlaşan inkarçı topluluqdur. Quranda müsəlmanların arasından çıxan təcavüzkar inkarçılar lənətləndiyi kimi, eyni şəkildə, musəvilərin arasından çıxan təcavüzkar inkarçılar da lənətlənir. Odur ki, ayəyə əsasən, lənətli olanlar üsyankar inkarçılardır, musəvilər və ya müsəlmanlar yox.

