Bir zaman sizdən əhd-peyman aldıq, dağı başınız üstünə qaldırdıq (və buyurduq): “Sizə verdiyimizdən möhkəm yapışın və onun içindəkiləri yada salın ki, bəlkə, qorxasınız!” (Bəqərə surəsi, 63)
Sonra bunun ardınca siz üz döndərdiniz. Əgər sizə Allahın lütfü və rəhmi olmasa idi, əlbəttə, ziyana uğrayanlardan olardınız. (Bəqərə surəsi, 64)
Siz artıq içərinizdən şənbə günü həddi aşanları tanıyırsınız. Biz də onlara: “Mənfur meymunlar olun!”– dedik. (Bəqərə surəsi, 65)
Bilindiyi kimi, şənbə günü qadağası (şabat) musəvilər üçün xüsusi qadağadır. Bundan dolayı, belə başa düşülür ki, ayədəki topluluq musəvilərin arasından çıxan insanlardır. Bu ayədən əvvəlki ayələrdə çöllük ərazidə qaldıqları müddət boyu hz. Musaya çətinlik çıxaranlardan bəhs edilir. Buradakı təsvir Tövratdakı təsvirlə bənzərlik təşkil edir. Hz. Musaya çətinlik çıxaran bu topluluğun etdiklərindən bəhs ediləndən sonra qeyd olunur ki, onlardan Tövratın hökmlərini sürəkli xatırlayıb ona uyğun davranacaqlarına dair söz alınır. Lakin buna baxmayaraq, bu topluluq üz çevirir. Şənbə qadağasına tabe olmayan, yəni Tövrata qarşı çıxan bu topluluq Allah tərəfindən alçaldılır.
Məlum olduğu kimi, bu adamlar onlardan söz alındığına baxmayaraq, Tövrata tabe olmayan insanlardır. Yəni musəvi deyil, inkarçılardır. Yenə şənbə qadağasına əməl etməmələri bunu müəyyən edə bilir. Onların xüsusiyyəti inkarçı olmaqla yanaşı, davamlı hz. Musaya və səmimi musəvilərə çətinlik çıxarmalarıdır. Buna görə də alçaldılmağa layiq olublar.
…
Burada diqqəti cəlb edən başqa bir əhəmiyyətli həqiqət odur ki, yenə səmimi musəvi və xristianlar təriflənir və axirət üçün müjdələnirlər:
Şübhəsiz ki, möminlərin, yəhudi, nəsrani və sabiilərdən Allaha və axirət gününə iman gətirənlərin və yaxşı iş görənlərin mükafatı öz Rəbbi yanındadır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. (Bəqərə surəsi, 62)
Göründüyü kimi, səmimi musəvi və xristianlar Quranda təriflənməyə layiq görülüblər. Allahın sevdiyini müsəlmanlar da sevər. Bu, məsuliyyət olduğu kimi, eyni zamanda qəlbdə yaranan təbii və vicdani hissdir. Buna görə də Allahın Quranda dəfələrlə təkrarlanan bu ayələrinə əsasən, müsəlmanlar kitab əhlini sevib qorumalı, onlara şəfqətlə yanaşmalıdırlar. Açıq şəkildə görünür ki, Allah bu ayələrdə səmimi xristian və müsəviləri səmimi müsəlmanlardan ayırd etmir. Bu ayə kitab əhlinə qarşı bütün düşmənlikləri tamamilə ortadan qaldırır.

